Co Bayden Trampı “kloun” adlandırdığına görə peşman olduğunu bildirib -“Gərək ona “təlxək” deyəydim”

0
510

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden rəqibi, prezident Donald Trampla keçirdiyi teledebatların birinci raundunda onu “kloun” adlandırdığına görə peşman olduğunu söyləyib.

Musavat.com xarici agentliklərə isitnaədn xəbər verir ki, bu barədə o, “NBC” teleşirkəti tərəfindən təşkil edilən seçiclərlə görüş zamanı bəyan edib.

“Mən əslində “təlxək” deməliydim, lakin bunun yerinə onu “kloun” adlandırdım. Sadəcə, onu debatlar zamanı həm özümə, həm də moderatora hörmət göstərməyə və danışmağa imkan verməyə məcbur etmək istəyirdim. Bu adam bir dənə suala aydın cavab vermədi”,-deyə Co Bayden söyləyib.

Keçmiş vitse-prezident rəqibinin siyasi dueldə aramsız olaraq qarşıdakı insanlara hörmətsizliklə yanaşaraq, düz 158 dəfə onların səsini kəsdiyini xatırladıb.

Qeyd etmək lazımdır ki, bu ilin sentyabr ayının 29-da Klivlend şəhərində baş tutan debat rəqiblərin bir-birlərini ünvanna sərt ifadələr işlətməsi ilə yadda qalıb. Co Bayden Donald Trampı “Putinin küçüyü”, “kloun” adlandırıb, ondan səsini kəsməsini istəyib. Prezident isə opponentinin siyasi karyerası ərzində heç bir faydalı iş görmədiyini söyləyib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin