Siyasətçi etirazçı qadını döydü, paytaxt qarışdı – Video

0
573

İngiltərə Xarici İşlər Nazirliyinin yüksək çinli diplomatı və Mühafizəkarlar Partiyasının üzvü Mark Fildin bir xanım etirazçını döydüyü görüntüləri ortaya çıxıb.

RealMedia.az xəbər verir ki, hadisə Londonun mərkəzində bir ziyafətdə yaşanıb.

Ziyafət zamanı etiraz edən xanımlar mərasimin keçirildiyi salona daxil olublar. 40-dan çox etirazçı qırmızı libasda salona daxil olaraq şüarlar səsləndirib.

Bu zaman Mark Feld onun masasının arxasından keçən etirazçının qarşısını kəsib, onu yaxalayaraq boğazından tutub. Əvvəl xanımı salonun sütunlarına dirəyən diplomat siyasətçi daha sonra onun boğazından tutaraq mərasimin keçirildiyi salondan bayıra atıb.

Video-görüntülərin ortaya çıxmasından sonra sosial şəbəkələrdə ciddi müzakirələr başlayıb və yüzlərlə izləyici diplomatın bu qaba hərəkətlərini pisləyərək istefasını tələb edib.

Feld isə hərəkətinin arxasında durduğunu bildirib: “Çox ciddi təhlükəsizlik narahatlığı vardı və mən etiraz edənlərin silahı olmasından narahat oldum”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin