Si Tsizinpin ABŞ-ı təbrik edib – Uğurlu TRAMP-KİM görüşünə görə…

0
1181

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı ABŞ Prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında Sinqapurda keçirilən tarixi və uğurlu görüş münasibətilə səmimi təbriklərini ifadə edib. Çin rəhbəri bəyan edib ki, sammit Koreya yarımadasında yaranmış problemin həlli prosesində əhəmiyyətli addım olub. Xəbəri «Sinxua» agentliyi yayıb.

Pompeo cümə axşamı Seuldan Pekinə gəlib. Cənubi Koreya paytaxtında o, Yaponiya və Cənubi Koreya xarici işlər nazirlərinin iştirakı ilə Sinqapurdakı görüşün nəticələri əsasında üçtərəfli danışıqlar aparıb.

Pompeo günün birinci yarısında ÇXR xarici işlər naziri Van İ ilə görüşüb.

«ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçirilən tarixi və pozitiv nəticəli görüş Koreya yarımadasında siyasi tənzimləmə istiqamətində əhəmiyyətli addım oldu. Bu münasibətlə Çin tərəf səmimi təbriklərini ifadə edir» – deyə, agentlik Si Tsizinpindən sitat gətirir.

O, qeyd edib ki, Koreya yarımadası problemi mürəkkəb və dolaşıq məsələdir, onun həlli isə planlı və ardıcıl yanaşma tələb edən prosesdir.

«Biz, ümid edirik ki, ABŞ və KXDR tərəfləri qarşılıqlı hörmət prinsipləri üzrə hərəkət edəcəklər və bir-birinə qarşı lazımi addımlar atacaq, bundan sonra da sözügedən problemin siyasi yolla həlli üçün səylər göstərəcəklər» – deyə, Çin lideri qeyd edib.(azpolitika.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin