Şəhid ailələri hüquq-mühafizə orqanlarına müraciət etdi – K.Həsənli Pənah Hüseynlə gündəmi müzakirə edir

0
263

Ötən gün Amerikada fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızının verilişində Şəhidlərimiz təhqir edilib. Canlı yayımlanan verilişdə aparıcı və onun qonaqları sentyabrın 12-i gecə saatlarından başlayan erməni təxribatının qarşısını almaq üçün canlarından keçən hərbçilərimiz haqqında antimilli fikirlər səsləndiriblər.

Xaricdə yaşayan və dövlətimizə qarşı addımları ilə tez-tez “gündəmə gələn” həmin şəxslər Azərbaycanı təcavüzkar adlandırıblar. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin Şəhid adlandırılmasının əleyhinə olduğunu deyiblər.

Şəhid Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini sədri Sevinc Orucova bu şəxslərə qarşı tədbir görülməsinin vacib olduğunu dilə gətirib. O qeyd edib ki, Şəhid ailələri, onların yaxınları Şəhidlərin həmin şəxslər tərəfindən təhqir edilməsindən ciddi narahatdır.

Şəhid ailələrini aşağılayanlar, şəhidlərin dəfnində öz dini məqsədlərini həyata keçirmək istəyənlər, eləcə də şəhid ailələrinin etdikləri yeni müraciətlər nədən xəbər verir? Şəhidlərimizin adına ləkə gətirmək istəyənlərə qarşı nələr edilməlidir?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli ilə AXP sədri Pənah Hüseyn müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin