Rusiyada DƏHŞƏTLİ YANĞIN – Azərbaycanlı ailənin üzvləri yanaraq öldü – FOTO/VİDEO

0
1090

Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb

Rusiya mətbuatıyazır ki,  hadisə Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yanğın zamanı daha 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

Qonşuların sözlərinə görə, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında ailənin azyaşlı övladı yuxarı mərtəbədən yıxılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin