Polkovnikin qızı məktəbdə intihar etmək istədi… – KEÇMİŞ DEPUTATIN DİREKTOR ANASINA ETİRAZ

0
1890
“Təhsil ocağımızdakı problemlər Xuraman xanımın direktor təyin olundugu gündən başlayıb və bu günə qədər davam edir. O, bir rəhbər kimi kollektivdə sabitliyi qorumaq,sağlam iş mühiti yaratmaq əvəzinə gimnaziyada qeyri-sağlam mühit yaradıb, müəllimlərə qarşı qərəzli mövqedə olub, müəllimləri qarşı-qarşıya qoyub”. Bu fikirlər S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının bir qrup müəlliminin direktor Xuraman Osmanovanın vəzifəsindən sui-istifadə etməsilə bağlı Criminal.az saytına ünvanladıqları müraciətdə yer alıb.
“Xuraman xanım gimnaziyaya təhsil ocagı kimi deyil , yeyinti mənbəyi kimi baxır”
Müraciətdə qeyd edilib ki, direktor fəaliyyətə başladığı ilk ayda Pedaqoji Şura çağıraraq Təhsil Nazirliyinin heç bir əmrini təqdim etmədən müəllimlərə təhsil ocağının Olimpiada Mərkəzinə çevriləcəyini, iş saatlarının 8.00 dan -17.00 qədər, hətta şənbə günlərindədə iş günü olduğunu və eyni zamanda ağır şərtlər altında işləyəcəklərini deyib: “Bizim bu mərkəzin tələblərinə uyğun olmadığımızı ,daha savadlı müəllim heyəti ilə işləmək arzusunda olduğunu bildirərək müəllimləri digər təhsil ocaqlarında iş axtarmaqlarını, könüllü yerdəyişmə ərizələri yazmağı tələb etdi. Bu andan sonra Xuraman xanım bir rəhbərə yaraşmayan üsullara əl atmaqla bəzi müəllimləri təhdid və valideyinlər tərəfindən şantaj etməyə başladı, nəticədə əsəbləri tarıma çəkilən bir çox müəllimlər işdən azad olundular”.
“VMA da Xuraman Osmanlı tərəfindən yaradılıb və yeyinti mənbəyidir”
Müəllimlər daha sonra yazır: “Xuraman xanım ilk gəldiyi gündən gimnaziyaya təhsil ocagı kimi deyil , yeyinti mənbəyi kimi baxır. Direktorun bu arzusunu ibtidai siniflər ləğv edildikdən sonra həyata keçirməyə başladı. Gimnaziya əsas, ibtidai və yataqxana korpuslarından ibarətdir. Xuraman xanım ibtidai korpusdakı fənn otaqlarını kənardan gələn müəllimlərə və kurslara kirayəyə vermək üçün müxtəlif üsul və vasitələrlə müəllimlərin əlindən alaraq onların ixtiyarına verib. Lalə Mərdanova otagını tərk etmək istəmədikdə isə fevral tətili zamanı müəllimə otagını texniki avadanlıqlari – kompyuter, printer, maqnitor, DVD və televizoru yararsız vəziyyətdə su içində görüb. Sonradan aydın oldu ki, müəllimənin otağını tərk etməsi üçün 2-ci mərtəbənin istilik sistemini bilərəkdən sındırılması nəticəsində sinif otagına su dolub. Məcburiyyət qarşısında qalan Lalə müəllimə otağı tərk edib. Qısa müddətdən sonra otaq təmir olunaraq digər otaqlar kimi kənar şəxslərə kirayəyə verilməyə başlandı. Bu cür təzyiqlərə dözməyən Lalə Mərdanova intihar həddinə çatıdırb. Bir neçə gün əvvəl Lalə Mərdanova intihara cəhd edib”.
Şikayətçilər qeyd edir ki, əsas korpusun tarix, konfrans və digər otaqlarida axşam 7.00 dan sonra müxtəlif insanlara kirayəyə verilirdi, gimnaziyada Xuraman Osmanovanın dəstəyi ilə şagirdlər üçün kənardan dəvət olunmuş müəllimlərin apardıqları pullu kurslar təşkil olunur. Yataqxananin 3 cü mərtəbəsində “Prizma” adı altında qanunsuz kurs fəaliyyətə başlayıb, gün ərzində səhər 8.00 – 19.00 arası şagirdlərin yataqxanaya girişi qadağan olunub. Deyilənə görə hal-hazırda da yataqxananın dördüncü mərtəbəsi kənar şəxslərə kirayəyə verilib. Rəhbərlik müəllimlərdən də hər şagirdə görə 10 manat hazırlıq pulu yığır və şagird hazırlığına görə ödənişi gimnaziyada direktor tərəfindən yaradılan Valideyn Müəllim Asossasiyasına (VMA) edilir. VMA da Xuraman Osmanlı tərəfindən yaradılıb və yeyinti mənbəyidir.
“Dövlətimiz yataqxanada qalan uşaqları hərtərəfli təmin etsə də, hər ay yataqxana uşaqlarından 30 manat ərzaq, 5 manat su almaq adı altında pul yığılır. Direktor yeni gəldiyi il gimnaziyanın ingilis dili kitabını ləğv etdirərək özünün gətirdiyi kitabları 23 manatdan şagirdlərə satdırdı, amma bu kitablar sonradan istifadə olunmadı. Kitab satışının da doğru fakt olduğu Nazirliyin araşdırmaları zamanı öz əksini tapdı. Xuraman xanım rəhbərliyi müddətində mütəmadi olaraq müəllimləri ixtisas fənlərindən, metodikadan, İKT-dan test imtahanları edərək onların bilik və bacarıqları haqqında məlumat toplayaraq şantaj və təzyiqlər edirdi, səbəb isə onları bezdirərək işdən könüllü getmələrini süni şəkildə yaratmaq və öz komandasını yiğmaq idi. Gimnaziyada bəzi sinif rəhbərlərinə 2 sinif aparmaqları tapşırılıb halbuki onlar bir sinfə görə əmək haqqı alırlar. Gimnaziyada dərs bölgüsü düzgün aparılmayıb. İngilis dili müəllimləri dərs yüklərini dərs ilinin başlanması ərəfəsində öyrəndilər. İngilis dili fənn müəllimlərinin dərs yükü 11-12 saat olduğu halda direktor Nazirliyə vakant yer ayırmış və 2 müəllimin 17 və 18 saat dərs yükü ilə işə götürülməsinə nail olmuşdur, bu da ingilis dili müəllimlərinin haqlı narazılıqlarına səbəb olmuş və onlar etirazlarını yazılı şəkildə Nazirliyə təqdim etmişlər. Xuraman xanım 2018-2019-cu tədris ili ücün gimnaziyaya daxili əmrlə çoxlu sayda müəllim işə qəbul edib”-deyə şikayətçi müəllimlər vurğulayıb.
“Mən kriminal adam olsaydım…”
Lalə Mərdanova
İntihara cəhd etdiyi deyilən Lalə Mərdanova Criminal.az saytına açıqlamasında direktor tərəfindən ingilis dili müəllimlərinin sıxışdırılmasını, intihar həddinə çatdırıldığını təsdiqlədi:
“Cərrahiyyə əməliyyatı olunmuşdum. Səhhətim çıx pis idi. Xuraman Osmanlı isə sinifimi dəyişərək məni yuxarı məırtəbədə yerləşən sinifə göndərirdi. Kim haqq carçısıdırsa, onu güddürür. Bütün müəllimləri qorxu içərisində yaşadır. Əsəblərim dözmürdü, ona görə də, belə bir hadisə baş verdi. Polis və təcili yardım gəlmişdi. Xuraman Osmanlı polkovnik qızını intihar həddinə çatdırdı. Tələbimiz odur ki, Xuraman Osmanova yaxamızdan əl çəksin. Bir qrup müəllimin haqqı məktəbdə tapdalanır. İradəsi, motivasiyası sındırılmış müəllim şagirdə nə dərs keçə bilər? Nazirliyin adamlarına da demişəm ki, dərs saatlarından və məvacibimdən imtina edə bilərəm. Amma onun şəxsi qərəz yürütməsinə imkan vermərəm. İndi də mənim haqda sahə müvəkkilinə yazır. Mən kriminal adam olsaydım 12 il məşhur təhsil ocaqlarında işləməzdim. Bizim canavar kimi müəllimlərimiz var”.
Ceyhun Osmanlı
Xuraman Osmanlı Criminal.az saytına açıqlamasında bildirdi ki, intihara cəhd məsələsi hüquq- mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır: “Şou xarakterli hadisədir. Uyğun yerdə deyiləm, vaxt edən kimi sizə zəng edib danışacam”.
X.Osmanlı keçmiş deputat Ceyhun Osmanlının anasıdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin