Özü həbs olunmalı olan icra başçısı jurnalisti həbs etdirib

0
555

– Bu günlərdə yayılan informasiya həqiqətən də rezonansa nədən oldu. Söhbət Goranboy icra hakimiyyəti rəsmilərinin iştirakı ilə “Xəbər kanalı” “youtube kanalı”nın işçilərinin Goranboy rayon İcra Hakimiyyətinin şikayəti əsasında həbsindən gedir.

Bununla bağlı DİA.AZ-a danışan Goranboydakı mənbə iddia edir ki, əslində, özü həbs olunmalı olan Goranboy RİH rəhbəri Məhərrəm Quliyevin bu gün hansılsa jurnalisti təxribata çəkib həbs etdirməsinin özü belə ən ağır cinayət olaraq rəsmiləşməlidir.

Rayondakı mənbə adının çəkilməməsi şərtilə deyir: “Məhərrəm Quliyev üçün həömin kanal əməlli-başlı başağrısına çevrilmişdi. Biz Goranboy sakinləri görəndə ki, icra başçısının sözü ilə camaatın problemlərini deyən şəxsi həbs edirlər, onlara qarşı təxribatçı hərəkətlərə yol verirlər… Daha nəyə ümid edək”.

Mənbə iddia edir ki, Məhərrəm Quliyevin belə bir şəkildə “əziz tutulması” rayonda birmənalı qarşılanmayıb:

“Əgər vəziyyəti dəyişmək istəyirləsə, Məhərrəm Quliyev vəzifədən alınmalı və həbs olunmalıdır. Belədə dövlətə olan inam təhlükə altına düşür…”

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin