Eldar Sabiroğlu oğlundan imtina etdi

0
641

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

Xəbərə görə, E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. O, məktubunda oğluna artıq onun atası olmadığını deyib, hətta cənazəsinə belə gəlməməyini tapşırıb.

Məktubu Rüfət Səfərov özünün Facebook səhifəsində yayıb.

Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.

(modern.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin