Elçin Əlibəylinin döyülməsi xəbərinə arvadından reaksiya: “Yalandır!””Bu xəbəri yayanları məhkəməyə verəcəm..”

0
459

“Ciddi şəkildə təxribat gedir”

RealMedia.az xəbər verir ki, Oxu.Az saytı məhşur aparıcı Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsi ilə bağlı məlumat yayıb. Sayt həmin məlumatın hüquq-mühafizə orqanlarından əldə etdiyini yazır.

Oxu.az -ın məlumatına görə E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

***

52020803_2273323469578105_1388960739552657408_nTeleaparıcının Publika.az-a danışan həyat yoldaşı Dilruba Vaqifzadə xəbərin yalan olduğunu deyib:
“Yalan məlumatdır. Kampaniyadı da qurublar, təbii ki, elə bir şey yoxdur. Boş-boş xəbərlərdir. Bu xəbəri yayanları məhkəməyə verəcəm. Ciddi şəkildə təxribat gedir. Bu qədər qara piar olmaz”.
Xatırladaq ki, bu barədə xəbəri Oxu.az yayıb. İddia olunub ki, xəbər onlara hüquq-mühafizə orqanlarından daxil olub.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin