ANAR MƏMMƏDOVUN “TRUMP TOWER”İ YANIR! – Yeniləndi (FOTOLAR + VİDEO)

0
1100

Bakının şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada (hazırda istismar olunmur) yenidən başlayan yanğın söndürülüb.

“Report” xəbər verir ki, ərazidə FHN-in yanğınsöndürən maşınları və briqadaları işləyir.

5c3ae2af-2613-4d07-8f2a-5b28c56316e3

***

Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan binada yanğının çox çətinliklə söndürülməsindən bir neçə saat sonra – axşam saatlarında yenidən yanğın başlaması çox müəmmalıdır və təxribat ehtimalını gücləndirir. Məsələ ondadır ki, bina istifadəyə verilməyib – içində heç bir fəaliyyətin olmadığı binada yanğın onsuz da şübhə doğururdu. Üstəlik, söndürülən və nəzarət edilən yanğın gecə saatlarında yenidən alovlanır!…

8f5c9b85-2a73-4495-81bb-1f9ebebef989-1

***

Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan və tikintisi yarımçıq qalmış «Trump Tower»də güclü yanğın başlayıb.

“AzPolitika.info”nun hadisə yerində olan əməkdaşı bu barədə məlumat verir.

Bu dəqiqələrdə hadisə yerinə yanğınsöndürənlər gəliblər. Artıq yanğına müdaxilə başlayıb.

APA xəbər verir ki, yanğın baş verən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib.

01

02
03
yangin-1-2
yangin-2-1
IMG-20180428-WA0008
96
yangin1

kamal

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin