ABŞ Moskvadakı vətəndaşlarına xəbərdarlıq etdi: Terror təhlükəsi… – FOTO

0
136

ABŞ səfirliyi Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, xəbərdarlıq ABŞ-nin Rusiyadakı Səfirliyinin saytında yerləşdirilib.

“Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla böyük toplantılara hücum etmək planlarının gözləndiyi barədə məlumatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur. İnsanların toplaşdığı yerlərdən qaçın. Yerli mətbuatda yenilənmələri izləyin. Öz ətrafınızdan məlumatlı olun”, deyə xəbərdarlıqda bildirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin