“Bozbash”ın Şirini hamilə qaldı? – “Bir xalanın sirri”ndən FOTOREPORTAJ

0
1058

Dünən Azərbaycanın premium kinoteatrı “CinemaPlus Gənclik Mall”da “Bozbash pictures”in komediya janrında çəkdiyi “Bir xalanın sirri” filminin qalası baş tutub.

“Cinemazadeh” studiyasi ilə “İlk Media”nın istehsalı olan filmin təqdimat mərasimində baş rol ifaçıları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Gülzar Əşrəfova, eləcə də digər tanınmış sənətçilər iştirak edib.

Filminin rejissorluğunu Emil Quliyev edib.

Sevilən teleaparıcı və aktyor İlkin Həsəni film haqqında təəssüratlarını bizimlə bölüşüb:

“Təbii ki, istənilən filmin çəkiliş prosesində çətinliklərlə üzləşirik. Hesab edirəm ki, çətinliyi olmayan film hansısa verilişdir. Üstündə əziyyət çəkmədiyin işi film adlandırmaq olmaz. “Axırıncı yol”, “Stalinin başı”ında olduğu kimi “Bir xalanın sirri”ndə də problemlər yaşandı. Bəzən hava şəraiti mane olurdu, bəzən də obyektlərlə bağlı çətinlik yaranırdı. Bununla belə hər bir tamaşaçı, obyekt sahibi və ya qurum bizə qucaq açırdı, dəstək olmağa çalışırdı”.

İlkin Həsəninin sözlərinə görə, kaskadyorun görməli olduğu təhlükəli hərəkətləri aktyor Ramil Babayev özü öz istəyilə yerinə yetirib:

“Şöşünün maşının pəncərəsindən çölə tullandığı səhnə ən azı 8-9 dəfə çəkilib. O, hər dəfə əyləci basdıqda fırlanıb asfaltın üstünə yıxılırdı. Sonra dedik ki, axı insandır, zədə ala bilər. Ona matras verdik və dedik ki, özünü nə qədər istəyirsən buraya çırp, ürəkdən çırp. Peşəkar kaskadyorlar filmə baxanda təəccübünü gizlədə bilmədi, yaxşı alınmışdı”.

Aktyor onu da bildirib ki, qızıl altılığın başına gələn hadisələrin sirri sonda açılacaq:

“Xala bütün sirri film boyu özündə saxlayır, sonda isə baş verən müəmmalı hadisələrin üstü açılır. Çıxılmaz vəziyyətlərə adətən Fəlakət düşürdü, bu dəfə isə ən gözlənilməz və dəhşətli hadisə Şirinin başına gəlir. Şirinin başına da yox, qarnına gəlir. Özü də xəbəri olmadan hamilə olur. Bütün bunların necə baş verdiyini filmə baxanda özünüz görəcəksiniz”.

İ.Həsəni “Bir xalanın sirri” filminin bu gündən etibarən kinoteatrlarda nümayiş ediləciyini söyləyib: “İnanırıq ki, bu film “Stalinin başı”ından daha böyük marağa səbəb olacaq. Çünki “Bir xalanın sirri” həm janr, həm çəkiliş üslubu, həm də ssenari baxımdan çox fərqlidir”.

Filmin süjet xəttinə görə, hadisələr “Bozbash Pictures”in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şoşu toya iki gün qalmış təzə kürəkəni də götürüb, qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanların hərəsi bir yerdə, bir vəziyyətdə aşkar olunur.(publika)

Aytən,

Foto: Səfiyar Məcnun

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin