Zimbabvenin oliqarx uşaqları – FOTOLAR

0
1068
Son günlərdə çevriliş olduğu üçün gündəmdən düşməyən dünyanın ikinci kasıb ölkəsi  Zimbabvedə siyasətçi və iş adamlarının övladları   sosial şəbəkələrdə öz dəbdəbəli həyatlarının şəkillərini paylaşırlar.
Ordunun ələ keçirdiyi və prezident Robert Muqabenin bu gün istefaya getdiyi  Zimbabvede xalq küçələrə axışarkən , Zimbabvenin oliqarx uşaqları həyatlarına eyni şəkildə davam edirlər.
Zimbabvede siyasətçi ve iş adamlarının övladları sosial şəbəkə hesablarında dəbdəbəli həyatlarına aid detalları ölkədə  heçnə olmamış kimi paylaşmağa davam edirlər.
Dünyanın Konqodan sonra ən kasıb ikinci ölkəsi və xalqının 93 %- i aclıq həddində yaşayan Zimbabvedə ölkə iqtisadiyyatının sadəcə bir neçə ailənin əlində olduğu müşahidə edilir.
Ölkənin ən varlı gənclər siyahısının başında prezident Mugabenin övladları Robert Jf. (24 yaş) və Chatunga (20 yaş) var.
İki gənc sosial şəbəkələrdə Rolls Yoyce maşınlarında, içi qızıl örtüklü şəxsi təyyarələrində şəkillər paylaşmaqdan çəkinmirlər.
Keçən günlərdə, Mugabenin övladlarından biri Rolex saatının şəklini çəkib ” Atan bütün ölkəni idarə etdikdə 60 min dollar biləyində olar bilirsən?” qeydi ilə paylaşıb.
qeydi ilə paylaşıb
Ölkənin digər zəngin gəncləri isə siyasətçi və daşınmaz əmlak imperatoru Philip Chiyangwanın qızlarıdır. Chiyanwanın qızları “Zimbabve Kardaşianları” olaraq tanınır və sərvətlərinin 280 milyon dollar olduğu təxmin edilir.
28 yaşındakı Venessa və Michelle adlı bacılar lüks həyatlarını göstərmək üçün bank çekləri və bahalı maşınlarla müxtəlif pozalar verirlər.
Şəkillərdən bəziləri
avanti.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin