Zelenski Saakaşvili üçün dəridən-qabıqdan çıxır -Ukrayna Prezidenti onu baş nazirin müavini görməkistəyir, amma…

0
119

Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin aprelindən dəridən-qabıqdan çıxır ki, Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilini Baş Nazirin müavini vəzifəsini keçirə bilsin.

“Yeni Müsavat”ın məlumatına görə, Zelenski özü bu vəzifəni Saakaşviliyə təklif etmişdi. Hətta Saakaşvilinin Ukraynanın Baş Naziri Denis Şmıqalla bu barədə ətraflı fikir mübadiləsi apardıqları vurğulanmışdı.

Zelenskinin açıqlamasından əvvəl “Ukrainskaya pravda” nəşri mənbələrinə istinadən Saakaşvilinin Ukrayna Baş Nazirinin islahat məsələləri üzrə müavini postuna təyin edilə biləcəyi ilə bağlı xəbər yaymışdı. Bildirilirdi ki, Gürcüstanın sabiq Prezidentinin təyinatı məsələsinə Ali Radada baxıla bilər. Amma 2021-ci ilin yanvarının ilk yarısı geridə qalıb və Ukrayna Prezidenti Ali Radada istəyinə nail ola bilmir.

Hazırda Ukrayna Milli İslahatlar Mərkəzinin İcraiyyə Komitəsinin sədri olan Mixail Saakaşvili bir müddət əvvəl öz təkliflərini açıqlamışdı. O, Milli İslahatlar Mərkəzinə dövlət-özəl sektor əməkdaşlığı ilə bağlı yeni qanun təklifi irəli sürmüşdü. Onun sözlərinə görə, burada əsas funksiyalar özəl subyektlərə məxsus olmalıdır: “Biz gərək kiçik və orta bizneslərlə bu tərəfdaşlığı artıraq və deyək ki, dövlət yalnız ayrı funksiyaları icra edə bilər, digər funksiyaları isə insanlarla birgə etmək olar”.

O, Zelenskiyə islahatların həyata keçirilməsində kömək etmək istədiyini və başqa ambisiyalarının olmadığını, biznesə dövlət nəzarətinin azaldılması ilə məşğul olacağını və gömrükdə vəziyyətin yaxşılaşdırılması üçün təkliflər hazırladığını qeyd edib. Amma nədənsə Saakaşvilinin Baş nazi müavini postuna gətirilməsi mümkün olmur və sabiq prezident Zelenskiyə islahatların sürətləndirilməsində effektiv köməyini göstərə bilmir.

Bəs maraqlıdır, Ukrayna Prezidenti üçün Saakaşvilini cəlbedici edən nədir? Bundan qabaqda qubernator olan keçmiş gürcü prezident Ukraynada niyə bu dərəcədə əvəzolunmaz kadrdır?

Bu mövzuda danışan siyasi təhlilçi Züriyə Qarayeva “Yeni Müsavat”a qeyd etdi ki, “qızılgül inqilabi” ilə Gürcüstanın rəhbərliyinə gələn M.Saakaşvili prezidentliyi dövründə ölkəsində demokratik cəmiyyətin formalaşmasına, iqtisadi yüksəlişə nail olub. Onun sözlərinə görə, daha sonra Rusiya imperiyasına diş göstərən Saakaşvili, rusyönümlü gürcü siyasətçilərin təqibindən Ukraynaya sığınmalı oldu: “Burada Poroşenko ona vətəndaşlıq verərək, Odessa qubernatoru seçilməsinə yol açdı. İndi isə Zelenski, kəskin Rusiyaya qarşı mövqeyə malik, Putinlə düşmənçilik səviyyəsində bəyanatları ilə gündəmdə olan Saakaşvilini, Radadan baş nazirin müavini kimi təsdiqlətməyə çalışır. Bunun köklü səbəbləri var. Zelenski Qara dənizdə, Krım məsələsində və Ukraynanın trans-layihələrə qoşulmasında Saakaşvilinin Rusiya maneəsinin aşılmasında zəngin təcrübə və potensialından istifadə etmək istəyir”.
Xatırladaq ki, Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. Lakin faktiki olaraq o, hakim “Gürcü Arzusu”na qarşı duran ən əsas müxalif qüvvə olmuş, öz “Vahid Milli Hərəkat” partiyası üzərində nəzarəti saxlayıb.

Saakaşvili Kiyevdə yeni vəzifə aldıqdan sonra da sosial şəbəkələrdə yeni Gürcüstan hakimiyyətini tənqid etməyə davam edib. Zelenski onu Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin rəhbəri təyin edib. O, baş nazir də olmaq istəyirdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin