Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makiyajını sildirdi – Pərviz Bülbülə müğənnini ələ saldı – VİDEO

0
1095

Aparıcı Zaur canlı efirdə Şəbnəm Tovuzlunun makiyajını sildi.

RealMedia.az xəbər verir ki, “5/5” verilişinin dünənki qonaqları Şəbnəm Tovuzlu və Pərviz Bülbülə olub. Canlı efirdə aparıcı Zaur müğənni Şəbnəm Tovuzludan makyajını silməsini istəyib. Zaur “makyajını siləndə nə qədər çirk, sarı ləkələr çıxacaq” – deyib.

Müğənni canlı efirdə ona verilən nəm salfetlərlə makyajını silməyə başlayıb.

Bir müddət sonra aparıcı “Yaxşı sil üzünü, qaşını, kipriyini də çıxar”, deyib. Kipriklərini çıxaran Şəbnəm Tovuzlunu bu dəfə Pərviz Bülbülə lağa qoyub “Bu nədi ay Şəbnəm, elə bil “toybox”dan çıxıb?”.

Qeyd edək ki, bundan öncə də aparıcı bir çox qadın məşhurlardan makiyajlarını silməsini istəyib.

Həmin videonu təqdim edir:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin