“Zakir Fərəcovun “İdrak“ liseyində nə baş verir?“ – Valideyn yazır

0
114
“”Idrak” Liseyi pandemiya dönəmində müqavilə öhdəliyini yerinə yetirmədiyi halda həmin dövr üçün valideyinlərdən 100% təhsil haqqının ödənilməsini tələb edir. Bu, təkcə qanun pozuntusu deyil, həm də “İdrak” Liseylər şəbəkəsinin əsl sahibi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun insanlara hansı düşüncə il yanaşmasının göstəricisidir. Qoy dövlət qurumları da görsün ki, Zakir Fərəcovun liseyində nə baş verir?”. 
Bunu “arqument.az”a valideynlərdən biri – Fikrət Cəfərov yazıb.
O, icra başçısını tənqid etməklə yanaşı, pandemiyadan sui-istifadədə günahlandırıb: “O elə bilir ki, pandmiya dövründə övladları o liseydə oxuyan valideyinlər də özü kimi virusun yaratdığı füsətdən istifadə edib pul qazanıblar və ödənişlərini də pandemiya dönəminə qədər olduğu kimi tam ödəməlidirlər”.
Onun sözlərinə görə, “İdra” Liseyi valideyinlərlə arasında bağladığı müqavilə öhdəliyində göstərilən bəzi bəndlərindəki şərtlər belədir ki, pandemiya dönəmində məktəb həmin müqavilə şərtlərini yetirə bilməzdi və yerinə də yetirməyib:
1) səhər saat 8:00-dan axşam saat 18:00 qədər liseydə etməli olduqları xidmətlərin bir hissəsi
2) əyani dərslər,
3) gündə 4 dəfə yemək,
4) ev tapşırıqları,
5) məşğələlər –dərnəklər (karate,futbol,üzgüçülüg və s.
“Deməli, pandemiya dövründə Lisey müqavilə öhdəliyinin demək olar ki, heç bir şərtini yerinə yetirmədiyi halda müqavilədə nəzərdə tutulmuş ödənişi tam olaraq tələb edir. Lakin insanları düşünən olsaydılar onda yalnız onlayn dərslərin ödənişindən söhbət gedə bilərdi. Onu da qeyd edək ki, pandemiya dönəminə qədər nə Azərbaycan qanunvericiliyində onlayın dərslərin keçirilməsi nəzərdə tutulub, nə də İdrak Liseyi ilə valideyinlər arasında bağlanan müqavilədə bu məsələ şərtləndirilib. Lakin fors-major hadisə kimi bunu anlayışla qarşılamaq olar və necə ki, vətəndaşlar da elə düşünür. Pandemiya fors-major hadisə olduğundan valideynər də olayn dərsli müqavilədə nəzərdə tutulmasa da, qəbul edir və indiki dönəmdə ən uğurlu variant hesab edir”, – vətəndaş belə deyir.
Onun fikrincə, ödənişlər də dövrə və pandemiyaya uyğun olmalıdır: “Ona görə də biz pandemiya ilə bağlı yaranmış real mənzərəni nəzərə alaraq, müvqavilədə nəzərdə tutulmuş təhsil haqqının 30%-nin ödənilməsilə bağlı “İdrak” Liseyinə təklif etsək də, təəssüflər olsun, Zakir Fərəcəov tərəfindən İdrak Liseylər şəbəkəsinə formal olaraq təyin olunmuş təsisçi-idarəedici Mönsüm Alışov tərəfindən bu təklif rədd edilmiş və 7-ci sinifdə oxuyan övladım onlayın dərslərə belə buraxılmamışdır”.
 
Fikrət Cəfərov bununla bağlı Təhsil Nazirliyinə də müraciət etdiyini bildirib: “Təsəvvür edə bilirsinizmi bu nə deməkdir? “İdrak” Liseyində orta hesabla təhsil haqqı 7-8 min  manat civarındadır. Valideyinlər də müqavilə öhdəliyini yerinə yetirməyən liseyə həmin 7-8 min manatın 30%-ni ödəmək istəyir, lakin lisey qəbul etmir və şagird dərsə buraxılmır. Baxmayaraq ki,yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapana qədər şagirdi dərslərdən kənarlaşdıra bilməzdi. Bu təkcə mənim problemim deyil. Bu övladı həmin liseydə oxuyan valideynlərin hər birinin problemidir. Ona görə də ümumi problem kimi yaranmış qanunsuzluqla bağlı Təhsil Nazirliyinə müraciət etdim. Lakin təhsil nazirliyindən bildirdilər ki, biz özəl liseylərə nəzarət edə bilmirik onların arxasında hakimiyyətə bağlı oliqarxlar dayanır. Yaranmış vəziyyətlə bağlı  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyəm. Tam əminəm ki, ödənilən təhsil haqqının heç 10%-i müəllim və texniki işçilərin əməkhaqqlarına getmir. Bildiyim qədər orada müəllim və texniki işçilərin əsasən əmək haqqı 250-500 manat arasındadır”.
“”Idrak” Liseyindən şikayətlə bağlı açıqlama almaq mümkün olmayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin