Zabitlər günahı biri-birinin üstünə atır- hərbi hissədə araşdırma başlayıb-YENİLƏNİB

2
2514

“RealMeda.az” xəbər verir ki, Ağcəbədidən verilən son məlumata görə hadisə ilə bağlı artıq hərbi hissədə daxili araşdırmalara başlanılıb. Gecə saatlarında tələsik  olaraq gizir və “MAXE” heyətindən izahat alınır. Ancaq məsələ ondadır ki, redaksiyaya cinayət barəsində məlumat verən gizir heyəti öz ifadələrini ancaq hərbi prokurorluq orqanlarında təsdiqləyəcəklərini deyirlər. Çünki daxili araşdırma zamanı təsdiqləsələr təzyiqlərin olacağını bilirlər.

Diğər tərəfdən onların ifadələri redaksiyamızda saxlanılır. Həm audio, həm yazılı. Dünəndən redaksiyamıza zəng edərək məsələni qabartmamağı xahiş edən “media orqanları” nın çabaları əbəsdir. Zakir Həsənovun təyinatından sonra ordudakı korrupsionerlər vəzifədən uzaqlaşdırılıb. Hesab edirik ki, orda-burda qalan azsaylı “Səfər Əbiyevçilər” də zamanla ifşa olunacaq.

***

Dünən hərbi hissələrdən birində baş verən qanunsuzluqlar və korrupsiya halları barədə  ictimayyətə geniş məlumat vermişdik.

Qeyd etmişdik ki, Ağcəbədidəki N saylı hərbi hissənin Rabitə bölüyünün komandiri Rövşən Əməşov baş leytenantlar Natiq Nəsibov və İslam Atakişiyevlə birlikdə qanunsuzluq edirlər. Onlar hər ay gizir heyətindən 40-50 manatdan pul yığırlar.

Adın qoyurlar ki, guya Müdafiə Nazirliyindən, yaxud korpusdan yoxlama gəlib. Onları yaxşı “qarşılayıb”, yaxşı “yola salamaq” lazımdır.

Bu 3 zabitin hər ay bu səbəbdən qeyri-qanuni ,əlavə 1000 manat gəlirləri olur.

Əməşov və onun tağım komandirlərinin əmrinə tabe olmayan gizirlər, “maxe”lər ən ağır söyüşlərlə təhqir olunur, sıxışdırılırlar.

Bu əsnada “RealMedi.az”-a məlumat verən mənbə bildirir ki, məqalə dərc edildikdən sonra hərbi hissədə adıəkilən komandirlər arasında mübahisə olub. Tərəflər günahı biri=birilərinin üstünə atıbla, vəziyyətdən çıxış yolu axtarıblar.

Hesab edirik ki, Hərbi Prokurorluq hərəkətə keçərək hərbi hissədəki zərərçəkmiş gizir heyətini , həm də adıçəkilən zabitləri dindirməlidir.

Biz öz tərəfimizdən əlimizdə olam materialları təqdim etməyə hazırıq.

Ramin Məhəmmədoğlu,

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin