Zərdabda etiraz aksiyası – VİDEO

0
133

Zərdab rayonunun Çallı kəndində sakinlər icazəsiz aksiya keçirməyə səy göstəriblər.

RealMedia.az sosial şəbəkələrdə yayılan videodan da açıq şəkildə görünür ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları aksiyada sakinləri sakitləşdirməyə çalışıb.

Aksiya zamanı saxlanılanların olduğu bildirilir. Sakinlərin etirazına səbəb pay torpaqlarının iş adamlarına satılmasıdır.

Aksiya iştirakçılarından verilən digər məlumata görə sakinlər seçkinin nəticələrindən də narazılıqlarını ifadə ediblər. Rayon rəhbərliyi hazırda bununla bağlı məsələni diqqətdə saxlayır.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin