Zərdab İcra Hakimiyyəti: “Sosial şəbəkələrdə yayılan məlumatlar böhtan xarakterlidir”

0
175
RealMedia.az xəbər verir ki, saytımızda “Zərdab icra hakimiyyətində də aztəminatlı ailələrə verilən dövlət yardımı mənimsənilir” sərlövhəli məqalə dərc edilmişdir. Bildiririk ki, həmin məqalə Zərdab rayonu Veteranlar Birliyinin sədri Seyfi Həsənovun sosial şəbəkə vasitəsilə paylaşımından dolayı hazırlanmışdır. Seyfi Həsənov həmin paylaşımında qeyd edir ki, Zərdab rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə şöbəsinin müdiri Ramiz Məmmədov aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyir. Və eləcə də dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılan ərzaqları Çallı kəndində Ramiz Məmmədovun göstərişi ilə imkanlı qohumlarına paylamasıda əks edilmişdir.
Bu günlər Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən sosial şəbəkədə yayılan məlumatlarla bağlı redaksiyamıza göndərdiyi cavab məktubunda aztəminatlı ailələrə verilən yardımların bir qisminin imkanlı şəxslərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların böhtan xarakterli olduğunu və heç bir hüquqi əsasa malik olmadığına yazır:
“Heydər Əliyev Fondu tərəfindən 1500 ərzaq yardımı bağlamasının rayonda yaşayan aztəminatlı ailələrə paylanılması məqsədilə Rayon İHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən ünvanları və telefon nömrələri göstərilməklə ərzaq yardımının verilməsi nəzərdə tutulan ailə başçıları haqqında ətraflı məlumatlar elektron qaydada müvafiq ünvana göndərilmişdir. Fond tərəfindən razılıq verildikdən sonra həmin ərzaq bağlamaları siyahıda qeyd olunan ünvanlarda yaşayan ailələrə çatdırılmış və yardımın alınmasını ailə başçısı öz imzası ilə təsdiq etmişdir. Ərzaq bağlamalarının bir hissəsinin imkanlı şəxslərə verilməsi barədə vətəndaşlardan daxil olan müraciətlər əsasında Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma aparılmış, Məmmədqasımlı kəndində bu sahədə nöqsanlara yol verildiyi müəyyən edilərək yoxlama materialları rayon prokurorluğuna göndərilmişdir, hazırda istintaq aparılır.
Ramazan ayının başlaması ərəfəsində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 500 imkansız ailəyə ərzaq yardımı göndərilmiş, yardımın alınmasını ailə başçıları imzaları ilə təsdiq etmiş, eyni zamanda foto şəkilləri çəkilmişdir.
Bakı şəhərində və Zərdabda yaşayan imkanlı şəxslər tərəfindən 600 nəfərə yaxın aztəminatlı ailəyə ərzaq bağlamaları ilə köməklik göstərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər qurumların xətti ilə aztəminatlı ailələrə göndərilən yardımlar ünvanlı olmaqla həmin ailələrə müvafiq qurumlar tərəfindən çatdırılmışdır.
Əgər əlinizdə belə halları təsdiq edən faktlar varsa həmin materialları prokurorluq orqanlarına təqdim edə bilərsiniz.
Zərdab Rayon İcra Hakimiyyəti
Mətbuat xidməti”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin