Yusifovların maliyyə maxinasiyaları – İki nazirliyi çökdürəcək “GƏNCƏ ZƏLZƏLƏSİ”

0
92

Azərbaycan təhsilinin illərdir sağalmayan yarası, heç bir qanuna,islahata məhəl qoymayan, korrupsiyanın,rüşvətin isti yuvasına çevrilən Gəncə Dövlət Universitetində Y.Yusifov rüzgarı əsməkdə davam edir. Son zamanlarda təhsil sektorunda inqilabi dəyişikliklərə imza atılmasına baxmayaraq bu ali təhsil ocağında dəyişməz qanunlar hökm sürür. İllərdir ki, ölkə KİV-lərinin burada baş verənləri həyacanla işıqlandırmasına baxmayaraq GDU rüşvətin, korrupsiyanın “alınmaz qalası” olaraq qalır. Hətta vəziyyət o qədər kritikdir ki, bu qədər qanunsuzluqların bir məmurun cəsarətinə sığan əməllər olduğunu düşünmək mümkünsüzdür.

Bu xüsusda əldə etdiyimiz məlumat görə Y.Yusifovun ölkə qanunlarını heçə saymasına, böyük bir təhsil müəssisəsini şəxsi gəlir mənbəyinə çevirməsinə xeyir-dua verənlərdən biri Maliyyə Nazirliyində yüksək vəzifə tutan qardaşı Cavanşir Yusifovdur. Elmə maliyyənin ittifaqı sözün əsl mənasında GDU-ni uçurumun bir addımlığına gətirib. Minlərlə tələbənin taleyi iki qardaşın tükənməyən sərvət ehtirasının qurbanına çevrilib.

Qardaşının rektor təyin olunmasında yaxın əlaqələrindən istifadə edən C.Yusifovov bu gün də GDU-nin idarə olunmasında yaxından iştirak edir. Nəzərə alsaq ki, C.Yusifov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir,o zaman GDU-da büdcə vəsaitlərinə bu qədər rahatlıqla amansızcasına divan tutulmasının haradan qaynaqlandığı aydın olar. Bir neçə fakta nəzər salsaq dövlət büdcəsinin dəhşətli talançılıqla məhv edilməsində “maliyyə ilə təhsilin qardaşlığı”nın izlərinə rast gələ bilərik.

Redaksiyamıza verilən xəbərə görə GDU-nin girişində biri 270 min manata turniket quraşdırılıb. Hələ 5 ədədinin də quraşdırılması nəzərdə tutulan turniketlərə ümumilikdə 1 milyon 350 min manat xərclənəcək. Əməkdaşları 250 manat maaş alan universitetdə bu qədər vəsaitin turniketlərə silinməsi ancaq heyrət doğurur.

Yaxud başqa bir fakta nəzər salaq. Prezident İlham Əliyevin fərmanı ilə GDU-nin 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 12 milyon vəsait ayrılıb.Bu binalar sökülmədən, sadəcə təmir olunur.Bu qədər vəsaitə böyük bir kompleks tikmək olar,lakin rektor bu məqsədlə universitetin büdcəsindən əlavə olaraq 750000 manat vəsait ayrılacağını bildirir. Maraqlıdır, görəsən bu qədər vəsaitə dünyanın harasında kosmetik təmir aparıla bilər? Bu qədər vəsait Yusifovların korrupsiya piramidasının dolanbac labirintlərində yoxa çıxarılır,havaya sovrulur, mənimsənilir.

Son günlər ölkə gündəmini silkələyən kadr islahatları, rüşvətə,korrupsiyaya qarşı aparılan sərt mübarizə bir çoxlarının yuxusunu ərşə çəkib. Məmurların özbaşnalıqları, büdcəni talamaları ciddi təftiş edilir. Yəqin ki, tezliklə Yusifov qardaşlarının əməllərinə də gün işığı düşəcək. Bu həm də iki nazirliyi birdən silkələyəcək növbəti “Gəncə zəlzələsi” olacaq!
Rubrika.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin