Yol Polisi, yoxsa “kol polisi?”: – Ramiz Zeynalovun nəzərinə…

0
762

Gəlin qəbul edin ki, bu günləri DYP sistemi hələ də “köhnə adət ənənə” ilə işləyir. Bu gün də tabeliyinizdə çalışan bəzi-bəzi yol patrol xidməti (yol polisi) əməkdaşları var ki, sürücülərlə qaçdı tutdu oyunu oynayırlar.
Belə ki, yol polisi (əslində kol polisi) gizli şəkildə xidmət apararaq hansısa ağacın və ya kolun arxasından çıxaraq onalrı təqib edir, hətta belə sürücüləri çatacaqları mənzil başına qadər ənənəvi dillə desək qovur. Adınıda qoyur ki, polisə tabesizlik (?)göstərmisiniz. Sual edəndə ki, yol polisi sürücüləri niyə təqib edir və yaxud onlar “Yol Hərəkəti Haqqında” qanunun hansı tələblərini pozublar. Ki, DYP ekbajı onları mənzilə qədər təqib edir, qovur. Bəlli olur ki, həmin yol polisi aşkarda deyil, yuxarıda qeyd etdiyim kimi, kol və ağac dibində gizli “xidmət” apararkən sürücü həmin vaxt sürət həddini aşdığına görə Yol-Patrul Xidməti avtomobilinə quraşdırılmış ”İ-patrul” sistemində qeydə alınıb. Bildiyim qədərində də həmin informasiya yol patrul avtomobilindəki bort-kompyuter vasitəsilə siatemə (MMX) ötürülür və bundan sonra həmin sürücü barəsində elektron pratakol tərtib edilir.
Bu prosedurdan qavradığım odur ki, yol hərəkəti iştirakçısı olan sürücü (lər) sürət həddini aşdıqda və bu hal “İ-patrul” cihazının köməyi ilə sistemə oturduqda sürücülər təqib olunmamalıdırlar. Yol polisi sürücülərin təhlükəsizliyini beləmi təmin edir, cənab Ramiz Zeynalov? Onlar fikirləşmirlər ki, təqib etdikləri sürücü Allah eləməmiş kimi qarşıda hansısa bir təhlükəylə üzləşə öz həyatını və atomobildə olan şəxslərin də həyatını məhv edə bilər? Sizin təlimatınız belədirmi? Yol polislərini beləmi təlimatlandırırsınız ki, sürücülər təqib edsinlər? Ölürlərdəki cəhənnəmə ölsünlər? Təki axşama plan dolsunmu deyə yol polisinin bu cür qanunsuzluqlarına, vətəndaşlarla qeyri-insani rəftarlarına göz yumursunuz?
Doğrudanda sürücünün sürət həddini aşdığı Yol-Patrul Xidməti avtomobilinə quraşdırılmış ”İ-patrul” sisteminin köməyi ilə operativ şəkildə qeydə alınıb, mərkəzi məlumat sisteminə yerləşdirilməklə sürücü barəsində elektron pratakol tərtib edilirsə, yol polisinin sûrücünü təqib etməsi və yaxudda onu saxlaması hası meyarlarla ölçülür, bax o maraqlıdır. Hər halda ki, yol patrul xidməti ekbaj üzvlərinin bort-kompyuterə müdaxilə etmək imkaları yoxdursa…
Ancaq müşahidələr göstərir ki, Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış “İ-patrul” sistemi yol polisləri üçün yaxşıca gəlir mənbəyidir. Elə ona görə də onlar gizli şəkildə xidmət apararaq, xidməti avtomobildə quraşdırılmış sistem vasitəsi ilə sürətli sürücüləri müəyyən edib saxlatmaqla, “haqq-hesab” çəkdikdən sonra da qeydə alınmış pozuntunu sistemə yerləşdirmirlər. Məncə, yol polisinin qayda pozan sürücüləri təqib etməsi və saxlamasının əsas səbəbidə budur. Yoxsa ki, yol polisinə nə düşüb ki, qayda pozmuş və “İ-patrul” vasitəsi ilə qeydə alınmış sürücünü təqib edə, saxlayıb “haqq-hesab” edə. Necə ki, Xocəsən -Meyvəli bazar istiqamətində DYP əməkdaşları sürücülərlə siçan -pişik oynayırlar. Gözləmədiyin anda ərazidə xidmət aparan yol polisi hansısa kolun arxasından çıxıb ildırım sürəti ilə şığıyırlar ûstünə. Səbəb isə sürətdir. Dünən ki, üzləşdiyim hadisədə elə buna əyani sübutdur.

Belə ki, dünən ki, tarixdə (26.07.2021) idarə etdiyim 99 AG 275 dövlət qeydiyyat nömrəli avtomobilimlə Xocəsən -Meyvəli Bazar istiqamətində hərəkət edərkən DYP -nə məxsus 99 YP 687 xidməti avtomobil yolun sol zolağından ağacın arxasından çıxaraq məni təqib etməyə başladı. Düzü bilmirəm yol polisi məni niyə təqib edirdi. Mən isə ünvana vacib çatmalı idim. Söz yox ki, bu səbəbdən mən avtomobilin içərisindən ona işarə elədim ki, tələsirəm saxlamam mümkün deyil. Və saxlamadımda. Əmin idim ki, yol boyu heç bir qayda pozmamışam, təhlükəsizlik kəmərindən istifadə etmişəm, iki illik də sığortam var. Olasa, olsa bir az sürət həddi ola bilər ki, onu da Yol-Patrul Xidmətinə quraşdırılmış “İ-Patrul” cihazı qeydə alıb. Alıb alıb lap yaxşı. Sürət həddini aşmışam da lap yaxşı eləmişəm. Uzağı ektron protokol yazılıb ünvanıma göndəriləcək. Yəni ki, qanunun tələbi budur. Adam öldûrməmişəm, hansısa bir ictimai təhlükə yaradacaq hərəkətə yol veməmişəm və yaxudda ki, qəti cinayətkar deyiləm. Niyə yol polisi məni qovmalı, təqib etməlidir.Yol polisinin məni qovub saxlamaqda məsədi nədir.
Lakin yol polisi daban qırma məni haqlayıb başladı əlindəki bort-kompyuter vasitəsi ilə məni çəkməyə. Və məndə avtomobili idarə edə-edə DİN -nin 102 xidmətini yığıb məni təqib edən yol polisi barədə şikayət verdim. Əslində onlara belə bir sual qoydum ki, yol polisi hansı halda sürücünü saxlaya bilər? Onlar isə şikayətimin qeydə alındığını və bu sualı BDYPİ -nin “902” qaynar xəttinə ûnvanlandırmağımı bildirdilər. Budan sonra mən BDYPİ-nin “902” qaynar xəttini nə qədər yığdımsa da düşə bilmədim. Həmişə ki, kimi cava verən olmadı ki, olmadı.
İndi məndə belə bir sual yaranıb ki, DYP -nə məxsus 99 YP 687 xidməti avtomobildə özü də tək olan yol polisi hansı qayda pozuntusuna görə məni təqib edib, Meyvəli-Bazara qədər qovub?
Ikincisi, sürət həddini aşmış olsam belə yol polisi məni təqib edə bilərmi? Edə bilməzsə, (zatən edə bilməz) bəs onda məni niyə və nə məqsədlə təqib edib?
Üçüncüsü; Belə olan halda sürücü qarşıda hansısa bir təhlükylə üzləşərsə və yaxudda özünün və digər şəxsin həyatını məhv edərsə buna kim cavabdehdir? Yol polisimi, yoxsa sürücü?
Dördüncü; araşdırılsın görək həmin yol paturol xidmətinə məxsus 99 YP 687 xidməti avtomobilin və avtomobildə xidmət aparan əməkdaşının dislokasiya üzrə xidməti ərazisi haradır?
Beşincisi; Dislokasiya üzrə həmin xidməti avtomobil hərəkət edərək xidmət aparmalıdır, yoxsa dayanıqlı və ya hansısa ağac dalında òzlərinə “münasib” yer seçməklə?

Hörmətli Ramiz müəllim!
Bu sualı bir başa şəxsinizə ünvanlamağımın başlıca səbəbi, həm bu sahəyə cavabdeh olan yüksək rütbə sahibi olmaqla yanaşı, həm də ki, uzun illər bu sahədə çalışan təcrübəli bir şəxs olmağınızdan irəli gəlir. Ona görə də hesab edirəm ki, qeyd olunan suallara və yazılanları sizin òzünüz şərh edib, izah etsəniz yaxşı olar. Onsuzda Sizdə yaxşı bilirsiniz ki, hərəkət olan yerdə hərəkətsizlik, yol olan yerdə sürətdə yüksək olmalıdır. Sadəcə olaraq bunları tənzimləyən qanununvericilik aktları, hüquqi normalar var. Ancaq bir məsələ də var ki, bunları icra edən qurumlar və bu qurumların ayrı ayrı fərdləri axmaqlıq etməsinlər.

Ramin Məhəmmədoģlu
“RealMedia.az” saytının baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin