YEVLAXDA FAHİŞƏXANA BİZNESİ – Tanrıqulular motel

0
1325

Gündən günə çiçəklənən dövlətimizin dövlətçilik prinsiplərinə ləkə gətirən və qanunun gözünə dik baxaraq onu pozan insanlar əfsuslar olsun ki, öz çirkin niyyətlərini bu gündə davam etdirirlər. Əxlaqsızlıqla mübarizə apardığımız bir gündə hətta rayonlara qədər gedib çıxan bu biabırçı vəziyyət artıq dözülməz hala çatıb. Yevlax rayonu Tanrıqulular kəndində İsmayılın sahibi olduğu fahişəxana qanunları qulaq ardına vuraraq bu rayonda və Mingəçevirdə şou göstərməklə məşğuldur. Yanacaqdoldurma məntəqəsinin yaxınında yerləşən bu fahişəxana, İsmayılın göstərişi ilə qadınlarla kişilərin görüşməsinə şərait yaradır və bunun müqabilində müştəri otağı zanit etdiyi üçün 30-40 manat pul ödəməli olur.

Yanacaqdoldurma məntəqəsinin bir qırağında tikilmiş fahişəxanada kişilərin “xanım”larla cinsi əlaqəyə girmələri üçün hər bir şərait yaradılıb. Qeyd etmək lazımdı ki, buraya ancaq qadınlarla cinsi əlaqəyə girmək istəyənlər gəlirlər. (Xia.az)

Maraqlıdır ki, Yevlax rayon hüquq mühafizə orqanlarının gözü qarşısında baş verən bu əxlaqsızlığa görə tədbir görülmür.
Məsələ ilə bağlı araşdırmamızı davam etdiririk.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin