Yeni icra başçısı `Qlobusu` niyə söküb? – FOTO

0
1828

Ötən ilin 2 dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Yaşar Qəhrəmanov Quba rayon İcra Hakimiyyəti vəsifəsindən azad olundu, digər sərəncamla Ziyəddin Əliyev Quba rayonu icra başçısı vəzifəsinə təyin edildi.

Yeni icra başçısı bundan öncə “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətində çalışıb, “Əməkdar mühəndis” adı alıb.

Adəti üzrə Azərbaycanda vəzifə alan icra başçıları ilk öncə tikinti, quruculuq, park salma, yol çəkmə, işıq dirəklərini yeniləmə prosesinə start verir. İlk baxışdan burada heç bir problem yoxdur. Hər rayonun infrastrukturunun yenilənməsinə ehtiyac var. Lakin nədənsə əksər rayon başçılarının işi-gücü özlərindən öncəki kolleqasının tikib-qurduğunu söküb, yenisini inşa etdirməkdən ibarət olur. Təəssüf ki, yazımızın əvvəlində söz açdığımız şəxs – Qubanın yeni içra başçısı Ziyəddin Əliyev də bu siyahıda yer alıb.

Həftə sonu Qubaya səfərimdə rayona daxil olarkən hiss etdim ki, nəsə uyğunsuzluq var. Dayanıb bir qədər diqqət etdikdən sonra müşayiət etdim ki, rayonun girişində qonaqları qarşılayan “Qlobus” götürülüb. Bir neçə ustanın sökdürülmüş arkanın yerində nəsə inşa etməklə məşğul olduğunu gördüm.

Qubaya tez-tez səfər edən şəxs kimi deyə bilərəm ki, uçurdulmuş “Qlobus” arkası rayonun girişində heç də pis görüntü yaratmırdı. Rayon sakinlərinin də sözügedən arkadan şikayət etdiyini eşitməmişəm. Şikayət və görüləsi işlərə qalsa, şəhərin mərkəzi prospektindən başqa, bütün arxa küçələrinin asfalt örtüyü yoxdur, olanlar da sökülüb-dağılmış vəziyyətdədir və təmirə ehtiyaclıdır.

Yazını oxuyan səlahiyətli şəxslər zamanında dövlətin maliyyə ayırıb ucaltdığı “Qlobus”un sökülmə səbəbləri haqda açıqlama vermək istəsələr, onların mövqeyini dərc etməyə hazırıq.(FaktXeber)

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin