Yeddi il qızına təcavüz edən ata DƏLİ ELAN EDİLDİ – VİDEO

0
145

Azyaşlı qızına təcavüz etməkdə və silah saxlamaqda günahlandırılan çoxuşaqlı ata dəli elan edilib.

RealMedia.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, hadisə Rusiyanın Qatçin rayonunun Himozi qəsəbəsində qeydə alınıb.

Andrey Bovt adlı şəxs həyat yoldaşı ilə sözügedən ünvanda kottecdə yaşayıb. Cütlük səkkiz uşaq böyüdüblər. Onlardan altısı hələ yetkinlik yaşına çatmayıb. Böyük oğlu isə Bovtun ilk münasibətlərindən dünyaya gəlib. Uşaqların doğum haqqında şəhadətnaməsi də yoxdur. Bu günə kimi məktəbə və həkimə aparılmayıblar.

Məlumata görə, polislər onların yaşadıqları kottecdə döyüş silahlarının saxlandığı anbar tapıblar.

İstintaqın məlumatına görə, Andrey Bovt 2012-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər yetkinlik yaşına çatmayan qızını seksual istismar edib.

“Təqsirləndirilən şəxs barəsində məhkəmə stasionar kompleks psixoloji-seksol-psixiatriya ekspertizası təyin edilib və müayinə üçün aparılıb. Rəyə görə, kişi xroniki psixi pozuntudan əziyyət çəkir. Bununla əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsini dərk edə və onlara nəzarət edə bilmir”, – deyə məlumatda vurğulanır.

Bovt partlayıcı maddələrin, silahların, onun əsas hissələrinin, döyüş sursatlarının qanunsuz əldə edilməsində, saxlanmasında, daşınmasında, qanunsuz silah hazırlanmasında, seksual xarakterli hərəkətlərdə, zorlanmada və yetkinlik yaşına çatmayanın tərbiyəsi üzrə vəzifələrin lazımınca icra edilməməsində ittiham olunur.

Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərarən qəbul etmək üçün cinayət işi məhkəməyə göndərilib.

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin