Yasamalda oğlan “yox” cavabı aldığı qızı bıçaqladı

0
555

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza 7 bıçaq zərbəsi vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib. Füzuli rayon sakini, 1992-ci il Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.

 Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin