Yasa getmək üçün təkcə SMS kifayət deyil

0
126

Yasda iştirak etmək üçün də yaşayış yerini tərk etmək icazəsi alınmalıdır.

Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, bunun üçün 8103 SMS xidmətinə 3 rəqəmini göndərmək lazımdır:

“Burada təkcə SMS göndərmək kifayət deyil. Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram da vacibdir. Bu sənəd olduğu təqdirdə icazə verilir. Dəfn mərasiminin məhdud şəkildə keçirilməsi ilə bağlı tövsiyələr əvvəlki sənədlərdə var. Mərasim yerlərində yas mərasimi keçirmək qadağandır. Lakin yaxın qohumun dəfn mərasimində iştirak etmək bizim adətlərimizdən biridir”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin