Yanlış informasiyaya görə kimin hansı məsuliyyəti var?

0
789
Ələsgər Məmmədli: “Nə qədər ki, ilk mənbə informasiyanı təkzib etməyib…”
İnformasiya texnologiyalarının hədsiz tərəqqisi yalnız ölkəmizdə deyil, bütün dünyada onlayn medianın sürətli inkişafını təmin edən başlıca amillərdən birinə çevrilib. Məhz bu səbəbdən də bu gün istənilən onlayn media orqanına yol tapan hər hansı bir informasiya qısa zamanda digər media orqanlarında da özünə yer edə, onların təqdimatında da oxucu auditoriyasının qarşısına çıxa bilir.
İnformasiyanın qısa zamanda bir deyil, bir çox media orqanının  xəbər təqdimatında yer alması yanlış informasiyalarla bağlı məsuliyyət məsələsini də mürəkkəbləşdirir.
Maraqlıdır, əgər hər hansı bir informasiya reallığı əks etdirmirsə, buna görə hansı media orqanı məsuliyyətə cəlb olunmalıdır? Yanlış məlumata görə ilk mənbə olaraq bu xəbəri ictimaiyyətə təqdim edən media orqanı məsuliyyət daşıyır, yoxsa istisnasız olaraq bu xəbərə yer verən hər bir media orqanının bu məsələdə məsuliyyəti mövcuddur?
Moderator.az -a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli qanunvericilikdə bununla bağlı konkret müddəanın mövcud olduğunu xatırlatdı:
“KİV haqqında qanunda belə bir müddəa var ki, əgər siz hər hansı bir informasiyan müəyyən bir mənbədən götürmüsünüzsə, mənbəyə istinad etmisinizsə, mənbə bunu təkzib etməyibsə, o zaman siz məsuliyyət daşımırsınız. Amma mənbə ilk informasiyanı təkzib etdikdən sonra, siz əvvəlki formada davam etsəniz, bu zaman məsuliyət yaranacaq. Yəni birinci mənbə informasiyanı təkzib etmədiyi müddətdə sizin məsuliyyətiniz yoxdur. Lakin birinci mənbə həmin informasiyanı çıxarır və ya üzrxahlıq edirsə, siz isə onu davam etdirirsinizsə, bu zaman sizin məsuliyyətiniz başlayır”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin