Yanacaqdoldurma məntəqələri – Benzinə görün, nə qatırlar…

0
1238

Bir litr benzinə 200-300 qram maye qaz qatırlar

Yanacaqdoldurma məntəqələri yeni fırıldağa əl atıblar. Onlardan bəziləri yanacağın miqdarını artırmaq üçün benzinə maye qaz qatır. Bu da sonradan avtomobildə müxtəlif texniki problemlərin yaranmasına səbəb olur. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən texniki ekspert Roman Rüstəmov bildirir ki, benzinə maye qaz qatılması standarta ziddir: “Yanacaqdoldurma məntəqələri benzinin daha ucuz başa gəlməsi üçün bu addım atırlar. Əslində, benzinə maye qaz qatılmamalıdır. Amma hər yerdə bunu edirlər. Onlar hardasa 1 litr benzinə 200-300 qram maye qaz qatırlar. Benzinin tərkibinə maye qaz qatılan zaman mühərrikin porşeni tədricən sırdan çıxır. Avtomobildə fəsadlar yaradır. Benzinə maye qaz qatıldığını onun iyindən bilmək mümkündür”.

1

Şərh əlavə olunmayıb

Şərhinizi əlavə edin:
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)


Maksimum 512 işarə daxil edə bilərsiniz

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin