YALAN – RUSİYANIN DÖVLƏT DOKTRİNASIDIR! – Niyə hamı Moskvadan şübhələnir?

0
772

Elə məhz gözlənilən kimi də oldu. Moskva keçmiş Rusiya agenti Segey Skripalın zəhərlənməsi ilə bağlı Britaniyanın ultimatumunu sadəcə olaraq əhəmiyyətsiz sayır. Beləliklə, London və Moskva arasındakı münasibətlərdə gərginlik durmadan güclənir və görünür ki, hətta 23 rusiyalı diplomatın qovulması ilə bu məsələdə hələ zirvəyə çatılmayıb.

B.Britaniyanın baş naziri Tereza Mey Rusiyaya qarşı münasibətdə öz şübhəsini elə açıq və qətiyyətlə səsləndirib ki, köməksiz və ya gülünc görünməməsi üçün onun artıq bu mövqedən geri çəkilməsi mümkün görünmür. Zəiflik əlaməti onun siyasi karyerasının sonu olardı.

Bir çox səbəblərə görə Tereza Meyə nisbətən yaranmış indiki vəziyyət Rusiya prezidenti Vladimir Putin üçün daha az incə məsələdir. B.Britaniya baş nazirinin nümayiş etdirdiyi özünə əminliyə baxmayaraq, aydın ola bilər ki, bu məsələdə Rusiya izi yoxdur. Həm də zəhər və cinayətkarın və ya cinayətkarların Rusiya mənşəli olmadıqları da aşkarlana bilər.

Əlbəttə, Meyin vəziyyəti heç də sadə olmayacaq. Çünki indi o avropalı tərəfdaşlardan həmrəylik tələb edir. Amma iş ondadır ki, bundan bir qədər əvvəl britaniyalılar Breksit qərarı ilə aydın nümayiş etdirdilər ki, Avropa üçün vacib olan həmrəyliyə söykənən prinsiplər onlar üçün elə də mühüm deyil.

– Şübhəli şəxs ordenlə təltif olundu

140722103832_litvinenkogetty

Bəlkə də şübhələrin dərhal Moskvaya yönəldilməsi risklidir. Amma bu təsadüfi deyil. 2006-cı ildə Litvinenkoya qarşı “Polonium-210” zəhərindən istifadə olunmuşdu.

Litvinenkonun zəhərlənməsində şübhəli bilinən şəxs, həmin hadisədən bir neçə il keçəndən sonra Putin tərəfindən ordenlə təltif olundu və indi Rusiya parlementinin tərkibindədir. Vladimir Putin tərəfindən yaradılmış dövlətdə xüsusi xidmətin zabitləri təkcə təhlükəsizlik aparatında yox, həm də ən həlledici vəzifələrdə otururlar.

Onlar yalanı dövlət doktrinası səviyyəsinədək qaldırıblar. Rusiya rəhbərliyi gözünü qırpmadan fərəhlə bəyan edir ki, ”nəcib adamlar” Ukraynanın Krım yarımadasını vətənə qaytarıblar.

– Mühasirəyə alınmış qala haqqında əfsanə

Qanuni baxımdan Krım ərazisinin əsl sahibi olan Ukraynaya qarşı artıq dörd ildir ki, Moskva bölücülük müharibəsi aparır və bunu inadla inkar edir. Ümumi yekunda bütün dünya Ukrayna səmasında vurulan sərnişin təyyarəsində Rusiyanı günahlandırsa da, lakin Moskva öz günahsızılığı barəsində yeni izahlar uydurur.

Vəziyyətin bu hal almasını anlayışla qarşılayan xeyli adam var. Ancaq Rusiya prezidenti öz reputasiyasını əhəmiyyətli dərəcədə itirib. Ola bilər ki, daxili siyasət üçün bu, elə də mühüm deyil. Bəlkə də, bu, Putinin özü üçün hətta faydalıdır. Çünki yaranmış vəziyyət Rusiyanın mühasirəyə alınmış qala olması əfsanəsini gücləndirir və ona görə də, xalq xarici düşmənlərə qarşı yumruq kimi birləşməlidir fikrinə əsas qazandırır. Lakin son illər xarici siyasətdə ölkəyə ciddi zərbələr dəyib. Bunun bariz əlaməti baş verən hər şeydə şübhələrin Moskvaya tərəf yönəlməsi faktıdır.

(“Der Tagesspiegel”-Almaniya)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin