Xırdalanda bir qurup məcburi köçkünlər aksiya keçirdib

0
271

Xırdalanda 1 və 2 saylı yataqxanada məskunlaşmış məcburi köçkünlər etiraz ediblər.

Aksiyaya səbəb köçkünlərin yaşadıqları binaların qəzalı vəziyyətdə olması və bundan dolayı da iki gün öncə həmin binalara qaz təminatının dayandırılmasıdır. RealMedia.az xəbər verir ki, məlum aksiyayla bağlı əraziyə Abşeron rayon Xırdalan şəhəri üzrə müvafiq qurumlarının əməkdaşları gəlib. Buna baxmayaraq məcburi köçkünlər əraziyə Dövlət “Qaçqınkomu” nun sədri Rövşən Rzayevin gəlməyini tələb ediblər.

RealMedia.az xəbər verir ki, hətta aksiya iştirakçıları yolu bağlamağa da cəhd göstəriblər.
RealMedia.az-ın əməkdaşı baş vermiş məsələylə bağlı Abşeron Rayon İHB -nın l müavini İlham Quliyevlə telefon əlaqəsi saxlayıb. İlham müəllim əməkdaşımıza bildirib ki, iki gün öncə 2 saylı yataqxanada qaz sızması baş verib və bir nəfər zəhərlənib. Buna gòrə də bina sakinləri tərəfindən “Azərqaz” İB-ə müraciət olunub. Bu üzdən də binaya verilən qaz təminatı müvəqqəti dayandırılıb. Yaranmış problem gün ərzində aradan qaldırılacaq, ondan bina sakinlərinin qaz təminatı bərpa ediləcək.
Həmin binlararın qəzalı olması məsələsinə isə İlham mûəllim bildirib ki, FHN tərəfindən binaların qismən qəzalı olmasına dair müvafiq akt tərtib edib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin