Xaləddin İskəndərovun gözü qarşısında növbəti “yaşıl soyqırım”-FOTO

0
926

Binəqədi rayonu Azadlıq prospekti 188 ünvanındakı yaşayış binasının qarşısında olan ağaclar hansısa işbazlar tərəfindən kökündən çıxardılır və həmin yerdə ticarət obyektinin tikintisi planlaşdırılır. Bina sakinlərinin şikayəti əsasında hadisə yerində olan azinforum.az-ın əməkdaşları acınacaqlı mənzərənin şahidi olublar. Ən maraqlısı isə budur ki,  məlum  hadisə Binəqədi bələdiyyəsindən 15 metr,  icra hakimiyyətinin binasından isə 300 metr aralıda baş verir. Sakinlərin sözlərinə görə,  onların  icra hakimiyyətinə bu özbaşınalıqla bağlı etdiyi şikayətlərə – “bizim xəbərimiz yoxdur”, kimi cavab veriblər.

Baş verən hadisə ilə bağlı Binəqədi rayon İcra Hakimiyətilə əlaqə saxlamaq cəhdlərimiz heç bir səmərə vermədi.  Mövzunu diqqətdə saxlayacayıq.

Çinarə SEYİDOVA

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin