RealMedia.az “sonolay.org”-a istinadən xəbər verir ki, bu günlərdə “Xəzər İnşaat” MMC paytaxtın Nəsimi rayonu, Memar Əcəmi stansiyası yaxınlığında Hüseynbala Əliyev 15, 3224-cü məhəllədə tikinti işlərini həyata keçirir. Hazırda həmin ərazidə tikintisi nəzərdə tutulan digər bir binanın binövrəsi tökülür. Ərazidə aparılan tikinti işləri bina sakinlərinin böyük narazılığına səbəb olub. Bina sakinlər aidiyyatı qurumları hərəkətə keçməyə çağırırlar. Lakin onların çağIrışına heç bir rəsmi qurum tərəfindən qarşılıq verilməyib. Xatırladaq ki, dəfələrlə mediada adıçəkilən şirkətlin yaşıllıqları məhv edərək yerində bina tikməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Bina sakinləri bildirirlər ki, şirkətin arardığı tikinti yaşayış binalarının ortasında, onların istirahəti üçün nəzərdə tutulmuş ərazidə, yaşıllıq və çoxillik ağacları məhv edərək həyata keçirilir. Məsələnin daha işlginc tərəfi ondan ibarətdir ki, tikinti aparılan ərazidə 36 sayda çoxillik şam ağacları var ki, hazırda həmin ağacların gələcək taleyi sual altındadır. Heç şübhəsiz ki, həmin ağaclar şirkət tərəfindən kəsilib məhv ediləcək. Artıq indidən həmin ağacların quruyub məhv olması üçün müxtəlif addımlar atılıb. Daha yaxşı olar ki, qeyd etdiyimiz məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul şəxsləri, eləcə də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov həmin əraziyə baş çəkib mövcud vəziyyətlə yeridə tanış olsunlar. Eləcə də müvafiq dövlət qurumları, məsələn Dövlət Əmək Müfəttişliyi Xidməti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Xəzər İnşaat XXI əsr” tikinti şirkətindəki qanun pozuntuları barədə mütləq ölçü götürməlidir. Odur ki, aidiyyatı dövlət qurumlarını dərhal şirkətin fəaliyyətini yoxlamağa və neqativ məqamları aradan qaldırmağa çağırırıq.
P.S. Vətəndaşların şikayəti əsasında apardığımız qısa araşdırmalar zamanı məlum oldu ki, “Xəzər İnşaat XXI əsr” tikinti şirkəti mənzilləri Azərbaycan Beynəlxalq Bankı ilə qarşılıqlı anlaşma əsasında 10 illik ipoteka krediti ilə satırmış. Maraqlıdır, şirkət hansı məmur tərəfindən himayə olunur? Bu məsələyə isə gələn saylarımızda aydınlıq gətirəcəyik. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə, fikirlərini dərc edə bilərik.
RealMedia.az