Vulkan partladı, 80 min nəfər evakuasiya olundu: Göydən kül və daş yağır

0
200

Filippin adalarında Taal vulkanı fəaliyyətə keçib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Filippin adalarında yerləşən Taal vulkanında püskürmə baş verib. Zonada həyəcan səviyyəsi 3-ə qaldırılıb ki, bu da yenidən partlayışların ola biləcəyini göstərir.

Vulkanın püskürməsi səbəbilə heç bir can itkisi və ya yaralanma hadisəsi baş verməyib. Lakin vulkanın ətrafında olan bütün qəsəbə və kəndlərin əhalisi – 80 min nəfər evakuasiya olunub.

Yerli səhiyyə orqanları bölgədəkilərə vulkanın kül və dumanından qorunmaq üçün maska taxmağı məsləhət görüblər. Hazırda vulkana yaxın rayonlarda yağışla birlikdə göydən kül və kiçik daş parçaları da yağır.

Sabrina Eldarqızı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin