Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı… – İLGİNC FAKT

0
186

İşdən çıxarılan Canəhməd Əhmədov “Azərişıq” ASC-nin sədri vəzifəyə qaytarıb.
“RealMedia.az” xəbər verir ki, bu barədə Faktinfo.az-ın elektron poçtuna daxil olan məlumatda bildirilir.

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevə rüşvət verənlərin içərisində “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Canəhməd Əhmədov da olub.O dövr bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada məlumat verilib.

C.Əhmədov istintaqa ifadəsində bildirib ki, sosial məişət şəraiti aşağı olan şəxslər üçün tikilən binadan mənzil verilməsinə görə rüşvət verib: “Mənə iki otaqlı mənzilin verilməsinə görə razılıq verildi. Sonra mənə bildirildi ki, Cəmillə (baş mühasib) əlaqə saxlayım. Beş ay ərzində Cəmilə 10 min manat ödədim”.

Hazırda Azərişıq” ASC sədrinin əmrinə əsasən Canəhməd Əhmədov Aran RETSİ-yə tabe olan 7 rayona da rəhbərlik edir.

Qeyd edək ki,ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.

Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin