Vidadi İsayev HƏBS OLUNACAQ – İDDİA

0
141

Daha bir icra başçısının həbsi gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya daxil olub. Məlumatı verən mənbə iddia edir ki, söhbət hazırda Bərdəyə rəhbərlik edən Vidadi İsayevdən gedir.

Mənbənin dia.az-a söylədikləri: “Vidadi İsayev ola bilsin ki, məhz seçki cinayətlərinə görə həbs olunsun. Amma ona qarşı yetərincə maliyyə cinayəti ittihamı da var. Yəni artıq qələmi qırılıb”.

Xatırladaq ki, keçən ilin sonlarına yaxın Ağstafa RİH başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov həbs olundu. Onlar korrupsiya ittihamı ilə azadlıqlarını itirdilər.

İndi isə daha bir başçı hədəfdədir. Dia.az-a verilən xəbərə görə, Vidadi İsayev də PA-nın keçmiş şöbə müdiri Əli Həsənovdan təlimat aldığından bu gün sahibsiz kimi ortalıqda qalanlardandır…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin