Vaşinqtondan Türkiyəyə daha bir zərbə

0
59

“Sülh Çeşməsi” əməliyyatına görə Ankaraya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi Konqresdən keçdi, Türkiyənin düşmənləri Qərbdə fəallaşıb

ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. H.R 4695 adlı qanun layihəsi Senata göndərilib. Senat da təsdiqlədikdən sonra qanun layihəsi prezident Tramp tərəfindən imzalanıb qüvvəyə minəcək.

“Erməni soyqırımı” qanun layihəsindən dərhal sonra müzakirəyə çıxarılan qanun layihəsi demək olar ki, yekdilliklə qəbul olunub, 403 nəfər dəstəkləyib, yalnız 16 nəfər layihənin əleyhinə səs verib.

Qeyd edək ki, bu layihə Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyata cavab olaraq hazırlanıb. Layihədə əməliyyatla bağlı olan milli müdafiə naziri Hulusi Akar, eləcə də daha bir neçə nazirə viza verilməsinin dayandırılması, ABŞ-dakı əmlak və hesablarının dondurulması, eləcə də “Sülh Çeşməsi” əməliyyatına dəstək verən dövlət və özəl şirkətlərin rəhbərlərinə viza verilməməsi, ABŞ-dakı əmlak və hesablarının dondurulmasını nəzərdə tutur. Qanun layihəsi Türkiyə ordusuna “Halkbank”a maliyyə sanksiyalarının tətbiq olunmasını nəzərdə tutur. Bundan başqa qanun layihəsində prezidentdən Rusiyadan S-400 HHM sistemləri aldığı üçün ABŞ-ın rəqibləri ilə əməkdaşlığa görə embarqo nəzərdə tutan CAATSA qanununun Türkiyəyə qarşı işə salınmasını tələb edir.

Vaşinqtondan Türkiyəyə Erməni soyqırımı ile ilgili görsel sonucu

Qanun layihəsində ən çox müzakirə olunan maddə prezident Ərdoğanın və ailəsinin əmlak və vəsaitlərinin araşdırılması tələbinin olması ilə bağlıdır. Əgər bu qanun Senatdan keçərsə, prezident Tramp qanunu imzalamalı olacaq. Əgər Tramp qanunu imzalamaqdan imtina edərsə, o zaman Konqres ikinci dəfə qanunu irəli sürə bilər. Bu zaman üçdə iki səs çoxluğu ilə hər iki palatadan keçərsə, o zaman qanun prezidentin imzası olmadan qəbul oluna bilər.

Vaşinqtondan Türkiyəyə Erməni soyqırımı ile ilgili görsel sonucu

Ancaq son günlər ABŞ və Türkiyə arasında münasibətlərin hazırkı durumu və eləcə də Konqresdəki həm respublikaçı, həm də demokratların mövqeyi onu deməyə əsas verir ki, qanun qəbul olunacaq. Artıq Trampın da Türkiyə mövzusunda ciddi müqavimət göstərə bilmədiyi hiss olunur. İndi yeganə yol Ankaranın Vaşinqtonla münasibətləri yumşaltmaq yoluna qədəm qoymasıdır. Düzdür, bu prosesin indi müsbət nəticə verməsi mümkün olmasa da, Ankara Vaşinqtonla konfrontasiya siyasətindən çəkilməli, münasibətləri yumşaltmağa çalışmalıdır. Çünki görünən odur ki, Ankara və Vaşinqtonun münasibətlərində gərginlik Türkiyəyə düşmən olan qüvvələri hərəkətləndirir, onlara xeyir verir. “Erməni soyqırımı” ilə bağlı qərarın qəbulu, terrorçu kürd liderlərinin Vaşinqtona dəvət olunması bunu sübut edir. Bu mənada Ankara Vaşinqtonla ipləri tamamən qoparmamaq üçün hərəkətə keçməlidir. əks təqdirdə, bu gərginlik daha da dərinləşə və Türkiyənin Qərbdəki mövqelərinə ağır zərbə ola bilər.

Kənan RÖVŞƏNOĞLU

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin