Vaqif Abdullayevin başçılığı altında Beyləqan rayonu Azərbaycanın modern inkişaf etmiş əyalətinə çevrilmişdir

0
1382

DOĞRU SEÇİLMİŞ RƏHBƏRİN TƏYİN ETDİYİ KADRLAR DA DÜRÜST OLUR

Var seçilmiş rəhbər, var təyin olunmuş rəhbər. Azərbaycanda ölkə prezidenti seçilir, rayon-şəhər rəhbərləri isə prezident tərəfindən təyin olunur. Əgər xalq ölkə rəhbərinin seçimində yanılarsa, ehtimal çox böyükdür ki, sonradan yerlərə təyin olunacaq rəhbər kadrlar da vəzifələrinin öhdəsindən gəlməyəcək, yaxud da, vəzifədən sui-istifadə edəcəklər. Xalqımız isə müdrik xalqdır. Seçimində yanılmayıb. Və bu müdrikliyinin, düzgün qərarının uğurlu nəticəsini görməkdə, sosial rifahın, iqtisadi inkişafın verdiyi bəhrələrdən faydalanmaqdadır. Prezident seçkilərinin vaxtının müəyyənləşdirilməsindən dolayı ölkənin siyasi-ictimai həyatında aktivlik müşahidə olunur. Respublikamızın modern inkişaf etməkdə olan əyalətlərindən sayılan Beyləqan rayonunda da əhali arasında seçkiöncəsi maarifləndirmə işləri aparılmaqda, vətəndaşlar seçkiyə hazırlaşmaqdadırlar. Mübaliğəsiz demək olar ki, tərəqqipərvər beyləqanlılar aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə – Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısına – İlham Heydər oğlu Əliyevə səs verəcəklər. Beyləqanlıların prezidentliyə namizədlər arasında xalqı işıqlı gələcəyə aparan İlham Əliyevi dönmədən dəstəkləməsində əhəmiyyətli faktorlardan biri də dövlətimizin başçısının yürütdüyü dürüst kadr siyasətidir – rayona təyin etdiyi icra hakimiyyəti başçısının öz vəzifəsinin öhdəsindən layiqincə gəlməsidir.

Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev öz vəzifəsinə başlayan gündən regionların sosial-iqtisadi inkişafının yeni mərhələsinin tələblərinə uyğun olaraq, Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafına nail olunması, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun meliorasiya-irriqasiya və digər infrastrukturunun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yeniləşməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirmişdir.

Ulu Öndərimizin beyləqanlıların hafizəsində buraxdığı işıqlı xatirəni daim təravətli saxlamaq cənab Vaqif Abdullayevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri və birincisidir. Belə ki, o, ilk növbədə rayonda həm də “Ağ Saray” deyilən möhtəşəm Heydər Əliyev Mərkəzinin inşasına, Bayraq Muzeyinin, Gənclər Mərkəzinin, Şahmat Məktəbinin ərsəyə gəlməsinə şəxsən gündəlik nəzarət etmişdir. İki gün əvvəl yeni Tarix Diyarşünaslıq muzeyinin təməlinin qoyulması isə rayon rəhbərliyinin ortaya qoyduğu əsl qədirşünaslıq nümunəsi kimi dəyərləndirilir.

Sosial əhəmiyyətli obyektlərin, iqtisadiyyata töhfə verəcək müəssisələrin təməlqoyma və açılış mərasimlərində cənab başçının şəxsən iştirak etməsi çoxdandır ki, gözəl ənənəyə çevrilib. Bu bir həqiqətdir ki, cənab Vaqif Abdullayev hər bir Beyləqan vətəndaşı üçün əlyetərli rayon rəhbəri, köməkliyini, məsləhət və tövsiyəsini əsirgəməyən el Ağsaqqalıdır. Vaqif müəllimin yerlərdə – qəsəbə və kəndlərdə keçirdiyi səyyar görüşlər insanların qəlbini inam hissi ilə doldurur, çox vaxt da problemlərinin yerindəcə həlli ilə nəticələnir. Xüsusən də imtiyazlı kateqoriyadan olan insanların – qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının qayğı və problemləri vətəndaşların müraciətlərinə həssas yanaşan icra başçısının diqqət mərkəzindədir.

Arxada qalan 2017-ci il də Beyləqan rayonu üçün bir sıra nailiyyətlərlə yaddaqalan olmuşdur. Cənab V.Abdullayevin səmərəli idarəçiliyi sayəsində rayonun sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmuşdur. Ümumilikdə 2017-ci il ərzində 12820 iş yeri açılmış, onlardan 1087-si daimi iş yeridir. Rayonda 2017-ci ildə 8550 hektar sahədə pambıq əkilmiş, ilin sonuna qədər 15726 ton pambıq yığılmış, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 2 dəfə çoxdur.

Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək Beyləqan rayonunda da, prioritet məsələ kimi daim nəzarətdə saxlanılmışdır. Sahibkarlığa Kömək Milli Fondun xətti ilə 21 layihəyə 208800 manat kredit ayrılmışdır. Bunun nəticəsində 29 yeni iş yeri açılmışdır.

2018-ci ildə 12500 hektar sahədə pambıq əkilməsi, müasir heyvandarlıq təsərrüfatının yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əminliklə söyləmək olar ki, ölkəmizin siyasi-ictimai həyatında önəmli hadisələrdən olan 11 aprel – Prezident seçkilərinin lazımi səviyyədə keçirilməsi üçün Beyləqan rayonunda gərəkən bütün tədbirlər həyata keçiriləcək, seçicilərin ən layiqli namizədə səs vermələri üçün gərəkən şərait yaradılacaqdır.

RealMedia.az,

Ramin Məhəmmədoğlu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin