Vagınal axıntıların əmələ gəlməsi və onun həlli yolları-Sağlamlıq

0
7990
Qadınlarda qoxulu və pis rəngdə vaginaı axıntının yarana səbəbi nədir və bu necə əmələ gəlir
Vaginal axıntı, qadınların həkimə ən sıx müraciət etmə səbəblərindəndir və ümumiyyətlə də bir xəstəlik səbəbi ilə olmayıb təbii ya da fizioloji dediyimiz axıntılardır. Təbii axıntılar, rəngsiz, aydın, qoxusuzdur.

Bəzi qadınlarda turş bir qoxu da ola bilər. Qaşıntı, yanma ya da ağrı ilə müşayət olunmaz.. Eyni şiddətdə uzun müddət davam edərlər. Aybaşı  dövrü yaxınlaşdıqca ya da yumurtlama dövrlərində bu axıntı arta bilər. Bəzi qadınlarda hamiləlik dövründə də bu tərz axıntılar görülə bilər.
Rəhm və rəhm ağızının infeksiyalarından ibarət yaranan təbii olmayan axıntılar isə  qeyri-adi ( qoxulu, konsistensiyalı, rəngli) bir vaginal axıntı ilə birlikdə qaşıntı, ağrı, cinsi əlaqə əsnasında ağrı (disparoni), cinsi orqanda şişmə və şiş kimi əlamətlərlə görülə bilməkdədir. Bu tərz axıntıların ən sıx səbəbləri vaginanın göbələk (bakteriya)virus xəstəlikləri, vaginada xarici cisimə bağlı axıntılar, rəhm ağızı yaraları, cinsi əlaqə ilə keçən zöhrəvi xəstəliklər ya da pis xasiyyətli hadisələr ola bilər.
Müalicə səbəbə uyğun edilməsi məsləhətdir.  Yəni infeksiya isə uyğun antibiotiklər, başqa bir səbəb isə vaginal müalicələr və ya əməliyyat edilə bilər.
Aybaşı  nizamsızlığı və axıntı birlikdə, “pelvik inflamatuar” xəstəlik dediyimiz PID də ola  bilər. PID ən qısa anlamda , qadında üst genital sistemin yəni rəhm, borular, yumurtalıqlar və bunların ətrafındakı qızlıq pərdəsinin (periton) infeksiyalarıdır. Hamısı birlikdə, ya da tək-tək ola bilər. Doğurganlık çağındakı qadınların 10-15%-i ən azı bir dəfə PID keçirir. Ən sıx 15-25 yaş arasında təsadüf olunur..
Qarın ağrısı, qasıq ağrısı, vaginal axıntı, əlaqə əsnasında ağrı (disparoni), atəş, bel ağrısı, bulanma və qusma kimi ifadə edilə bilər. Müalicədə, ümumiyyətlə ağızdan və ya damar içinə və ya əzələ içinə qəbul olunan  antibiotiklər istifadə edilər. Bəzən müalicəyə vaginal istifadə edilən dərmanlarda əlavə oluna bilər. Müalicə müddətində  cinsi əlaqədən çəkinmək məsləhətdir.
Xəstənin cinsi partneri də müayinə və müalicə edilməlidir. Müalicə üçün antibiotiklər, ümumiyyətlə 14 günə qədər qəbul edilir. PIDə yoldaşlıq edən bir ABsə varsa əməliyyat da ola bilər. Sənə bütün bunlardan sonra bir məsuliyyət: Sən müalicə görərkən yoldaşın da müalicə olurmu? Əgər olmursa təkrarlayan infeksiyaların davam edəcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin