Vəkil “Tərtər işi” ylə bağlı danışdı… – “Prokurorluğun bu işdə…”

0
125
Son günlər “Tərtər işi” ilə bağlı hadisələr ölkə mediasının gündəm mövzusuna çevirilib. Və həm də baş verənləri (işgəncə faktlarını) duyduqca adam dəhişətə gəlir. Əslində nə baş verib… hərbi qulluqçulara qarşı niyə bu qədər işgəncə faktları olub, bunu hər kəs bilmək istəyir. Doğudandamı, işgəncə tərəfin iddia etdiyi kimi, onlar dövlətə xəyanət ediblər?
RealMedia.az xəbər verir ki, “dövlətə xəyanət” maddəsi ilə suçlanaraq ağır işgəncələrə məruz qalaraq öldürülmüş hərbi qulluqçuların ailələri(zərərçəkmişlər) iddia edirlər ki, hərbi qulluqçulara verilmiş işgəncə faktında Müdafiə Nazirliyinin və ona tabe olan hərbi hissənin yüksək çinli vəzifəliləri ilə yanaşı Hərbi Prokurorluğun əməkdaşlarıda iştirak edib, olanlara göz yumaraq ağır işgəncə ilə öldürülmüş hərbiçilərə qarşı saxta ittihamlar irəli sürərək cinayət işi başlamışdır.
Məhz zərərçəkmiş şəxslərin Prokurorluq orqanına qarşı belə bir ittahmına Azərbaycan Respubilikasının Vəkillər Kollegiyasının vəkil üzvü, Beyləqan rayon Vəkil birosunun sədri cinayət işlərinin birində “Dövlətə xəyanət” ittihamı üzrə təqsirləndirilənlərdən birinin vəkili olmuş Fəxri Rüstəmov “dövlətə xəyanət” ittihamı üzrə, etirafedici ifadələrin alınması üçün həyata keçirilən işgəncələrdə Hərbi prokurorluğun əməkdaşlarının iştirakının olması ilə bağlı yayılan iddialara özünün sosial media hesabı üzərində (feysbuk səhfəsində) münasibət bildirib. Vəkil qeyd edib ki, prokurorluq əməkdaşlarının işgəncələrdə adının hallandırılması əsassız ittihamdı. Əslində, bu düşmən dəyirmanına su tökməkdir. Bu cür təbliğat aparmaq prokurorluq orqanını gözdən salmaq və əsl təqsirkarların kənarda saxlanılmasına hesablanıb.
Odur ki, vəkil Fəxri Rüstəmovun yazdığı statusunu olduğu kimi yayımlayırıq.
“Son vaxtlar internet üzərindən respublika ərazisində Milli ordunun hərbi qulluqçularına qarşı 2017-2018 ci illər ərzində cəbhənin düşmənlə təmas xəttində “dövlətə xəyanət” ittihamı üzrə, etirafedici ifadələrin alınması üçün həyata keçirilən işgəncələrdə Hərbi prokurorluğun əməkdaşlarının iştirakının olması ilə bağlı yayılan iddialara münasibətim həmin cinayət işlərindən birində təqsirləndirilən şəxslərdən birinin müdafiəçisi kimi ondan ibarətdir ki həmin ittihamlar həqiqəti əks etdirmir. Beyləqan rayonunda yerləşən hərbi hissələrin birində baş vermiş cinayət işi üzrə aparılan istintaqla və müdafiə etdiyim şəxsə qarşı irəli sürülmüş ittihamla razı olmasamda, deyə bilərəm ki işgəncə ilə həyata keçirilən həmin “sorğulamalarda” hərbi prokurorluğun əməkdaşları iştirak etməyiblər. Əksinə hərbi prokurorluğa işgəncə nəticəsində baş vermiş ölüm faktının məlum olmasından sonra həmin işgəncələrin genişlənməsinin qarşısı alınmış, zərərçəkmişlərin sayının artmasına imkan verilməmiş, bu işdə günahkar Müdafiə Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi açılmış, bəziləri barəsində müvafiq qətimkan tədbirləri seçilmiş, bəziləri barəsində araşdırma davam etdirilir . Həmin “sorğulamalar” zamanı işgəncə yolu ilə barəsində Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilməsi üçün sübutlar “toplanılmış” leytenant Sadiq Əliyev(ad şərtidir) sonradan hərbi prokurorluq tərəfindən aparılan obyektiv araşdırma nəticəsində təqsiri sübuta yetirilmədiyinə görə barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilərək sərbəst buraxılmışdır. Həmin təbliğat prokurorluq orqanlarını gözdən salmağa, əsl səbəbkarların kölgədə saxlanılmasına yönələldilmiş cəhddir və hesab edirəm ki heç bir hüquqi əsasa söykənmir.”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin