“Uşaq olmuşam, ağlım kəsməyib” – Müğənnilərdən eşq etirafları – Video

0
718

“İlk sevginiz neçə yaşında olub?”

“RealMedia.az” xəbər verir ki, bu sualla “Show news” verilişi  yerli məşhurlara müraciət edib. Şou-biznes nümayəndələri fərqli və gülməli etirafları ilə diqqət çəkiblər.

Xalq artisti Brilliant Dadaşova ilk sevgisinin uşaq vaxtı olduğunu, amma adını öyrəndikdən sonra artıq onu sevmədiyini deyib:

“4-5-ci sinifdə oxuyurdum, adını öyrənəndən sonra xoşuma gəlmədi. Dedimbu nə addır. Belə oğlanı sevə bilmərəm. Uşaq olmuşam, ağlım kəsməyib”.

Müğənni Nura Suri isə əksər həmkarları kimi sevgini hisslərlə deyil, ağılla yaşayıb:

“Mən bilmirəm o sevgini necə başa salım. Mən sevgini başqa cür görmüşəm. Mənim üçün istedadlı insanlar olub və mənim o insanlara qarşı böyük rəğbətim olub. Elə bilmişəm ki, onu sevirəm. Uşaqlıqda oğlanları sevmək filan olmayıb. Mən qoç bürcüyəm. Məndə elə şey yoxdur”.

Müğənni Xatun Əliyeva bugünə kimi cəmi bir dəfə sevgi yaşadığını etiraf edib:

“İlk sevgim də, son sevgim də 35 yaşımda olub. Bir dəfə sevmişəm və bir dəfə də sevəcəm”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin