“Ümumi təhlükəsizlik NATO-nun müqəddəs borcudur” – Bayden

0
67

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini (NATO ölkələrindən birinə hücum bütövlüklə alyansa hücum hesab olunur) «müqəddəs borc» hesab edir.

Bu barədə o, iyunun 13-də G7 ölkələri sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

Bayden həm də bəyan edib ki, ABŞ NATO-ya daha müttəfiqlərini pula görə müdafiə edən alyans kimi baxmır. Onun sözlərinə görə, blok ümumi təhlükəsizlik üçün lazmdır.

«Mən, tezliklə Brüsselə yola düşəcəm – orada NATO-nun iclası keçiriləcək. Burada iştirak edənlərin bir çoxu danışıqlar masası arxasında əyləşəcək. Biz, daha NATO-ya pul müqabilində müdafiəçi kimi baxmırıq. Biz, hesab edirik ki, alyans bizim ümumi təhlükəsizliyimiz üçün vacibdir» – ABŞ prezidenti bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin