Ukraynanın keçmiş xarici işlər naziri: “Belə getsə, bizi yenidən Rusiyanın ağuşuna atacaqlar”

0
110

Qərb Rusiya ilə anlaşaraq Ukraynanı yenidən Moskvanın caynaqlarına keçirə bilər.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu cümlə Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin tərəfindən səsləndirilib.

P. Klimkin Rusiya tərəfinin təşəbbüsü ilə BMT Təhlükəsilik Şurasının daimi üzvlərinin iştirakı ilə keçirilməsi planlanan görüşün nəticəsinin məhz bu yöndə ola biləcəyini diə gətirib. Hələlik Rusiyanın çağırışına ABŞ və Böyük Britaniya tərəfdən heç bir reaksiya gəlməyib.

Pavel Klimkin II dünya müharibəsindən sonra dünyanı nüfuz sahələrinə bölüşdürən Krım konfransına da istinad edərək, gələcək sammiti “Yalta-2” adlandırıb.

“Ukrlife.tv” saytına verdiyi müsahibədə o, bunun baş verməməsi üçün rəsmi Kiyevi və Zelenski iqtidarını Qərbdəki dostları, habelə ictimai rəy sahibləri və siyasətçilərlə kontaktlarını daha da sıxlaşdırmağa çağırıb.

“Təhlükənin reallığı göz önündədir. Belə bir ssenari həm bizim, həm də Qərb üçün olduqca pis nəticələr verəcək. Ukrayna ömürlük ədallətli və demokratik dünyaya inamını itirə bilər,-deyə o bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu ilin yanvar ayının 24-də Qüdsdə, “Yad Va Şem” xatirə kompleksində keçirilən Xolokost qurbanlarının yad edilməsi üzrə ümumdünya forumundakı çıxışında BMT Təhülkəsizlik Şurasının daimi üzvlərinin liderlərinin zirvə görüşünün təşkil olunmasını təklif edib.

İqtidara gəldiyi gündən Rusiya ilə münasibəltərin düzəldilməsi və sanksiyaların ləğvi məsələsinə tərəfdar olan Fransa prezidenti Emmanuel Makron təhlükəsizlik üzrə Münhen konfransında bu təşəbbüsə tam dəstək verdiklərini açıqlayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin