Ukraynalı nazir çıxışı zamanı huşunu itirdi – VİDEO

0
835

Ukraynanın informasiya siyasəti naziri Yuri Steçsin vəziyyəti Kiyevdə keçirilən forumlardan birində pisləşib.

Ukrayna KİV-i yazır ki, nazir çıxışı zamanı huşunu itirib.

O, çıxışında Avropa millət vəkili Rebekka Xarms və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçə müraciət edib.

“Siz deyirdiniz ki, Krım Ukraynanındır, Rusiya isə işğalçıdır” – dedikdən sonra nazir boğulmağa başlayıb.

“Axtem Çiyqoza bir baxın. Onu bu sözlərə görə həbs etdilər. Növbəti sizlərsiniz” – söyləyib və tribunanı tərk edib və kulislərə çatmadan huşunu itirib.

Forumun moderatoru jurnalistlərə açıqlamasında bildirib ki, nazirin vəziyyət tamamilə normaldır.

O qeyd edib ki, nazirin əhvalına həyəcan təsir edib.(publika)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin