UKRAYNADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLMƏYƏCƏK – Ali Rada qərarını açıqladı

0
211

Ukrayna Ali Radası müharibə dövründə ölkədə prezident seçkilərini ləğv edib. Məlumata görə, Radanın deputatları müvafiq bəyannamə qəbul ediblər.

Sənədin qəbulunda Ukrayna parlamentinin bütün fraksiya və qruplarının deputatları iştirak ediblər.

Bildirilir ki, bəyannamə Zakarpat vilayətinin Turya Paseka kəndində baş tutan doqquzuncu “Jan Mone dialoqu”ndan sonra qəbul edilib. Burada Avropa Parlamentinin keçmiş prezidenti Pet Koksun rəhbərlik etdiyi avropalı təlimatçılar iştirak ediblər. (Mənbə: strana.ua)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin