Ukraynanın “Krakovets” sərhəd buraxılış nəzarət məntəqəsində tələm-tələsik tikanlı məftil hasarı çəkilir.
Kiyevdə çalışan jurnalist Denis Kazanskin “Facebook” səhifəsində yazır iki, bunun səbəbi sabah yerli vaxtla saat 14-də (Bakı vaxtı ilə saat 15-də) Polşadan Ukraynaya keçmək istəyən Mixail Saakaşvilinin qarşısını almaqdır.
Bildirilir ki, sərhəddə Saakaşvilinin ölkəyə daxil olmasına maneçilik törədilərsə, kütlə hücum edərək sərhəd məntəqəsini ələ keçirməyə çalışa bilər.