Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxs saxlanılıb

0
730

Ukraynanın Kiyev şəhərinin hökumət binalarının yerləşdiyi kvartalında, ölkə prezidentinin ofisi yaxınlığında əl qumbarası ilə silahlanmış şəxs saxlanılıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Kiyev polisinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir: “Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtın hökumət kvartalında əl qumbarası ilə silahlanmış şəxs saxlayıblar”.

Qeyd edilir ki, silahlı şəxsin saxlanılması ölkə prezidentinin ofisinin yerləşdiyi Bankova küçəsində həyata keçirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin