Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

0
350

“Son sutkada Ukraynada Rusiya ordusunun 500 hərbçisi məhv edilib”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 57 200-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 290 tank, 4 857 zirehli döyüş maşını, 1 369 artilleriya sistemi, 330 reaktiv yaylım atəşi sistemi, 172 hava hücumundan müdafiə sistemi, 260 təyyarə, 224 helikopter, 970 PUA, 241 qanadlı raket, 15 gəmi, 3 711 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin