Üç hədəf dövlət: Bioloji savaşın ilk qurbanları niyə onlar oldu…

0
541

“Əmin olun ki, çox qısa zamanda bütün dünyanı ağuşuna alacaq savaşda bir güllə belə, atılmayacaq, gözlə görünməyən silahlardan istifadə ediləcək” – Artıq doğrulduğu düşünülən bu iddianın məşhur və zəngin müəllifinin də “dərin güclər”in hədəfində olduğu ehtimal edilir…

Ötən yazımızda virusun peyda olub, can almağa başladığı ilk mərhələdə müşahidə edilən qəribə və şübhəli məqamlardan bəhs etmişdik. Qorxunc şayiələrin məqsədli şəkildə yayılmasından və müxtəlif “kəhanət”lərin uydurulmasından danışmışdıq. Dövlətlərin aciz duruma düşürüldüyünə, dünyanın nəhəng izolyasiya məkanına çevrildiyinə diqqət çəkmişdik.

Bu yazımızdasa, indi aciz durumda görünən dövlətlərin toparlanıb, bu fəlakətlə baş etməyə güclərinin yetib-yetməyəcəyini təhlil etməyə çalışacağıq. “Dövlətlər və xalqlar bioloji silahla üçüncü dünya savaşını başlatan “dərin güclər”in qarşısında əsir-yesir durumuna düşəcəklərmi”, “həmin “dərin güclər”in əsas hədəfi nə ola bilər”, kimi önəmli suallara cavab axtarmağa çalışaçağıq…

Bill Gates haqqında bilmədikləriniz » Xpert.az

Üçüncü Dünya Müharibəsini öngörən “texnologiya babası”…

Əvvəlcə onu qeyd edək ki, bu fəlakəti dünyanın başına salanlar illər öncəsindən bunun ilkin mesajlarını da vermişdilər. Sanki törədəcəkləri fəlakətlər barədə xəbədarlıq edərək, dünya ilə əylənmək fürsətini də əldən vermək istəməmişdilər.

Hələ 2015-ci ildə məşhur milyarder, “texnologiya babası” Bill Qeyts dünyanın gələcəyini onun necə gördiyi barədə suala belə cavab vermişdi: “Yəqin ki, sizi ilk növbədə dünyanın gələcək texnoloji inkişafı maraqlandırır. Amma mən son vaxtlar daha çox Üçüncü Dünya Müharibəsini görürəm. Həm də bu savaşın başlayacağı tarix heç də uzaqda deyil. Əmin olun ki, çox qısa zaman içərisində bütün dünyanı ağuşuna alacaq həmin savaşda bir güllə belə, atılmayacaq, gözlə görünməyən silahlardan istifadə ediləcək”.

Adam doğru deyirmiş… Koronavirus da bütün dünyanı öz ağuşuna alıb və gözlə də görünmür (Proqnozun müəllifinin özünün də bu yazıda üzərində durmaq istəmədiyimiz səbəblərdən “dərin güclər”in hədəfində olduğu iddia edilir). Və bəzi şeylərin bu qədər üst-üstə düşməsi, sizcə də təəccüblü və şübhəli deyilmi?

Eyni zamanda, ilk və əsas zərbəyə məruz qalanlara diqqət edin: Çin, İran, İtaliya, İspaniya, İngiltərə, Fransa, Almaniya, ABŞ və s… Bir də ümumilikdə Avropa Birliyini əlavə edək…

Bir anlıq düşünək ki, epidemiya kənar müdaxiləsiz olaraq, çinlilərin suda və quruda tərpənən hər şeyi mütləq yemək ehtirasından qaynaqlanıb. Bəs, onda virus digər dövlətlərdə niyə yayıldı?

Axı, yuxarıda sadalanan və güclü kəşfiyyat imkanlarına sahib olan dövlətlər Çində baş verənlərdən nəticə çıxara və preventiv addımlar da ata bilərdilər…

Hər halda, həmin dövlətlərin ehtiyat tədbirlər görməsi üçün yetərincə – həftələrlə, hətta aylarla belə, vaxtları var idi. Və əslində, onların özünümüdafiə tədbirləri gördükləri də qətiyyən şübhə doğurmamalıdır.

Dronlar qeydiyyata alınacaq

Dronlardan səpildiyi iddia edilən damcıların bioloji silahla əlaqəsi varmı? 

Ancaq buna baxmayaraq, epidemiyadan yayına bilmədilər. Yəqin ki, kimlərsə, məhz belə olmasını istədi. Və buna inandırıcılıq görüntüsü verən bəzi məqamlar da var.

Məsələn, bəzi iddialara görə, İranda epidemiyadan bir müddət öncə Qum şəhərinin yaxınlığında səmada şübhəli dronlar müşahidə edilib. Və şahidlərin sözlərinə görə, dronların olduğu ərazidə ətrafa damcılar səpələnibmiş…

Eyni hadisə İtaliyada da müşahidə edilib. Belə ki, Roma səmalarında qısa zaman içərisində dronlar görünüb, damcılar səpələnib və dərhalda yoxa çıxıblar.

Yerli media İtaliya kəşfiyyatının ölkədəki epidemiyanı məhz bu olayla əlaqələndirdiyini, bu barədə geniş hesabatı dövlət rəhbərliyinə təqdim etdiyini vurğulayır.

İddialara görə, əslində, İtaliya kəşfiyyatı ölkənin xarici müdaxiləyə məruz qalacağını əvvəlcədən bilirmiş. Çünki rəsmi Roma ABŞ-ın bütün israrlı etirazlarına və sərt xəbərdarlıqlarına baxmayaraq, Böyük İpək Yolu da daxil olmaqla, bir necə önəmli nəhəng iqtisadi layihədə Çinin tərəfdaşı rolunda çıxış etməkdəydi.

İtaliya kəşfiyyatı da bunun qarşılıqsız qalmayacağını bilirmiş. Ancaq kəşfiyyat məhz belə bir zərbəni proqnozlaşdırmırmış. Hesab edilirmiş ki, insanların sıx toplaşdığı yerlərdə terror aksiyaları törədilə bilər. Və məhz ehtimal edilən terror aksiyalarının önlənilməsi istiqamətində fəaliyyət göstərilirmiş. Ancaq gözlədikləri zərbəylə deyil, qəfil “qapıdan girən” fəlakətlə üz-üzə qaldılar.

Daha bir maraqlı məqam Almaniya və Norveç ilə bağlıdır. Belə ki, adları çəkilən hər iki dövlət epidemiyaya görə Avstriyanı günahlandırır. İddia edirlər ki, bu ölkələrə virus Avstriyadakı bir dağ-xizəkçilik sanatoriyasında olan şəxslər vasitəsilə ötürülüb və səbəbkar da həmin turizm obyektində fəaliyyət göstərən bir barmen olub. Yəni virusun ölkələrinə istiqamət aldığı marştutla bağlı bu qədər dəqiq məlumata sahibdirlər.

Göründüyü kimi, bu üç iddianın heç birisi Çinlə bağlantılı deyil. Dronla bağlı iddialar isə daha qorxuncdur. Çünki bu iddia doğrudursa, onda virusun bioloji silah olduğuna və onun məqsədli şəkildə yayıldığına inanmaq lazım gələcək…

В «прицел снайпера» вместе с Касьяновым попала и эстонский политик ...

Üç hədəf dövlət və üç müxtəlif səbəb…

İndi də zərbəyə məruz qalan ölkələrə ayrılıqda diqqət yetirək. Çin “dünya emalatxanası” sayılır. Ən yeni texnoloji nailiyyətlər bu ölkədə qısa müddətdə tətbiq edilərək, hazırlanan məhsullar bol-bol çeşiddə dünya bazarlarına çıxarılır. Həm də Qərbdə hazırlanmış analoqlarından qat-qat ucuz qiymətə…

Sizcə belə bir dövlətin hədəfə çıxarılmasına həvəs göstərənlər ola bilərmi? Çin dünyanın iqtisadiyyat məkanı nəhənglərinin qazanc maraqlarına problem yaradırdımı? Bu dövlət hərbi-siyasi, maliyyə- iqtisadi və s. istiqamətlər üzrə kimlərlə rəqabət aparmaqdaydı?

Əlbəttə, Çinlə bağlı belə sualların sırasını daha da artırmaq olar. Ancaq buna ehtiyac yoxdur. Çünki belə sualları siz özünüz də sıralaya və onlara məntiqli cavablar tapa bilərsiniz. Ən əsasısa, təxmini həqiqətlərin, həmin suallara öz məntiqinizlə tapacağınız cavabların çox da uzağında olmayacağına, hətta çox daha yaxınlığında hərlənə biləcəyinə əmin olmağa başlayacaqsınız.

İndi keçək, İran məsələsinə… İran kimlərin hədəfindədir, bunu hər kəs bilir. Hətta İranın humanitar yardıma ehtiyacı olan indiki vəziyyətində belə, bu ölkəyə qarşı iqtisadi sanksiyaların dondurulmasına razılaşmadılar, qüvvədə saxladılar.

Halbuki rəsmi Tehran sanksiyalar olmazsa, epidemiya ilə daha effektiv mübarizə apara biləcəyini vurğulamaqdadır. Ancaq görünən odur ki, İrana, bu ölkədə nə baş verməsindən asılı olmayaraq, “mərhəmət göstərmək” niyyətləri yoxdur.

Digər tərəfdən, epidemiyanın dini əhəmiyyət daşıyan Qum şəhərindən ölkəyə yayılması bir təsadüfdürmü? Sizcə bunu edənlər İran üzərindən İslam dünyasına hansı mesajları vermək istəyirlər? Bəlkə müsəlmanların biraraya gəlmələrindən məmnun olmadıqlarını qabartmağa çalışırlar? Nəhayət, bəlkə yeni bir din yaradacaqlarını demək istəyirlər?

İtaliyanın da hədəfə alındığını nəzərə aldıqda, deyəsən, bu, çox da həqiqətdən uzaq görünmür. Çünki İtaliya da dünyanın önəmli dini mərkəzlərindən biridir.

El Papa Francisco bautiza a ocho adultos en la Vigilia Pascual

Dünya katolikləri üçün bütün yollar Romaya aparır…

Daha doğrusu, bu ölkənin paytaxtı Romanın ərazisində dünya katoliklərinin dini mərkəzi olan Vatikan coğrafi məkan tapıb. Yəni, dünya katolikləri üçün bütün yollar Romaya aparır…

İndi bir anlığa düşünək ki, xristian dünyasında həlledici nüfuza sahib olan Roma Papası koronavirusa yoluxmuş olaydı. Bunun fanatik katoliklərdə hansı hissləri oyada biləcəyini təsəvvür etmək o qədər də çətin deyil.

Yəqin ki, əvvəlcə kilsələrə axışıb, Poma Papasının şəfa tapması üçün gecə-gündüz dualar oxuyacaqdılar. Təbii ki, dua etməklə yanaşı, həm də özlərini riskə atmış olacaqdılar və bu halda bütün dünyada yoluxma prosesi indikindən qat-qat intensiv xarakter daşıyacaqdı. Və daha sonra da ümidsizliyə qapılacaqdılar.

Bəlkə də bununla bioloji savaşın arxasındakı “dərin güc”ün vermək istədiyi “Sizin Tanrınız, sizi qoruya bilmir” mesajını şüuraltına bərkitmiş olacaqdılar. Bu isə daha sonradan həmin “dərin güclər” üçün manipulyativ “əsl xilaskar” iddiasında olmaq və vaxtaşırı təbliğinə çalışdıqları dünyada vahid millət, vahid din konsepsiyasını ön plana çıxartmaq şansı yaratmazdımı?

Hələlik bunlar baş verməyib. Sadəcə, bioloji silahı tətbiq edib, “pusqu”ya çəkiliblər, müşahidə edirlər və dünyanı tam nəzarət altına almaq hədəfli prosesi öz ssenarilərinə uyğun şəkildə yönləndirməyə çalışırlar. Və o “böyük gün”ü iplə çəkirlər, yaxınlaşdırmağa can atırlar.

Ancaq deyəsən, “cidanı çuvalda gizlətmək”də də artıq çətinlik çəkirlər. Çünki koronavirusun bioloji silah olduğu tədricən təsdiqlənməkdədir. Hətta bunun bəzi rəsmi sübutları da artıq ortaya çıxmaqdadır. Və həmin sübutlar barədə isə növbəti yazımızda bəhs edəcəyik…

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin