“TÜRKİYƏNİ DAYANDIRIN!” – Makron indi də Trampa “yalvarır”

0
40

Fransanın prezidenti Emmanuel Makron Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampı Suriyada Türkiyənin başladığı hərbi əməliyyatı dayandırmağa dəstək verməyə çağırıb.

Xəbər verilir ki, Makron və Tramp telefonla Türkiyənin Suriyada başladığı «Barış bulağı» əməliyyatını müzakirə ediblər. Fransalı lider bəyan edib ki, bu prolblemin həldlində ABŞ-ın aktiv iştirakı lazımdır.

Bundan əvvəl, Pentaqon Türkiyədən sözügedən əməliyyatı dayandırmağı istəsə də, Ankara bunu qəbul etməyib. Hətta ABŞ Senatının və hökumətinin bir çoz üzvünün Türkiyəni  sanksiyalarla hədələməsinin də nəticəsi olmayıb.

Bundan əlavə Avropa İttifaqı da Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin görüləcəyini istisna etməyib.

Göründüyü kimi,  terrorçu PKK-nın xeyli “dostu” var imiş…Hamısı da sözdə terrora qarşı olan ölkələrin hökumətləridir!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin