Türkiyədən gələn bir qrup motosikletçi “Bir millət, iki Dövlət” anlamı adı altında “Qarabağ Azərbaycan Toprağıdır” devizini rəhbər tutaraq moto-tur keçirib

0
234
Qardaş Türkiyədən motosikletçilər qrupu cəbhəyanı Qarabağ bölgəsinə təşrif buyurub. İlk suallarımızı moto-turun təşkilatçılarından Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri, Beynəlxalq hüquq üzrə fəlsəfə doktoru İsmayıl Bəşiroğlu Ağayevə ünvanladıq:
– Beyləqan və Füzuli rayonları cəbhə bölgəsi sayılır, daha doğrusu, təcavüzkar Ermənistanın silahlı qüvvələri ilə təmas xəttində yerləşir. Kökübir türk qardaşlarımızın Azərbaycana gəlməsi, ələlxüsus da cəbhə bölgəsi rayonlarımıza – Qarabağa belə bir ekskursiya – yürüş təşkil etmələri çox sevindiricidir. Bilmək olarmı, motorla belə ekskursiyanın təşkilində məqsəd nədir?
– “Gənclərin Həmrəyliyinə Dəstək İctimai” Birliyi ilə birlikdə biz neçə müddətdir, Türkiyədən bir qrup motosikletçi ilə “Bir millət, iki Dövlət” anlamı adı altında “Qarabağ Azərbaycan Toprağıdır” devizini rəhbər tutaraq Azərbaycanın bölgələrini – ələlxüsus da Qarabağ zonasını gəzir, qonaqlarımızı orada görülən quruculuq – abadlıq işləri ilə, ermənilərin işğala məruz qoyduğu və sonradan azad etdiyimiz ərazilərlə yaxından tanış edirik. Motosikletçilərin bir özəlliyi də ondan ibarətdir ki, bunlar sıradan bir insan deyillər, onların əksəriyyəti professorlar, doktorlar, iş adamları, jurnalistlər, televeziyalarda çalışan tanınmış adamlardı. Motosikletləri baha olduğu qədər də, özlərinin həyat tərzi də yüksəkdir. Onlar sadəcə həvəskar motosikletçilər deyilər. Bura gəlişləri və moto-turun belə bir yüksək dərəcədə təşkili ilə bağlı biz qabaqcadan Prezident Administrasiyasına da məktublar yazmışıq, məsləhətləşmişik. Aidiyyəti dövlət qurumları bizə xüsusi olaraq maşın ayırıblar ki, onları müşayət eləsinlər.
– Neçə gündür onlar Azərbaycandadırlar?
– Artıq ayın 4-dən onlar Azərbaycana gəliblər. İyunun 5-dən başlayaraq Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk şəhidliyini ziyarət etdik. Daha sonra Odlar Yurdu Univeristetində böyük bir tədbirimiz oldu. Qobustan rayonuna, Yanar Dağa ekskursiya etdik. Azərbaycanın tanınmış adamları ilə görüşlərimiz oldu. Məhz elə Horadizə, Beyləqana gəlməklə, bu bölgələrdə aparılan tərəqqiyönlü işlərlə tanışlıq əziz qonaqlarımızda unudulmaz təəssürat yaratdı. Şahid olduqları mənzərə – Dövlət – vətəndaş münasibətlərində əmin-amanlıq, quruculuqda vətəndaşların rifah halının yaxşılaşdırılması, o cümlədən, Azərbaycan xaqlının və gənclərinin dövlətə və dövlətçiliyə nə qədər bağlı olmaları, torpaqların işğaldan azad olmasına inamın yüksəkliyi onu göstərdi ki, Azərbaycanda aparılmış iqtisadi siyasət yerindədir, vətəndaşlar dövlətdən, dövlətçilikdən, prezidentdən razıdırlar. Biz də bir təşkilat olaraq hərbi vətənpərvərlik ruhunun yüksəlməsi üçün, vətəndaşlarımızın dövlətlə, dövlətçiliklə sıx əlaqələrinin daha da rabitəli şəkildə birləşməsi üçün belə bir vətənpərvərlik tədbirlərini həyata keçirilməsinə nail oluruq. Gələcəkdə də bu kimi tədbirləri həyata keçirəcəyik.
– Hazırda Horadiz şəhərindən Beyləqan rayonuna gəlmisiniz, burdan sonra səfəriniz haradır, Bakıya,yoxsa hansısa bir bölgələrə?
– Yox, burdan da Ağdam, Tərtər və Mingəçevir rayonlarına yola düşəcəyik. Bir gecə Mingəçevirdə gecələyəndən sonra, Oğuz, Şəki, Qəbələ rayonlarında olacaqlar və sonra da ikinci Vətənimiz Türkiyəyə yola düşəcəklər…
 
“Burası Avropa ilə eyni qatda olan ölkə”
Sonra Türkiyədən gələn motor qrupunun rəhbəri Ali Rza əfəndini də salamladıq:
– Cəbhəyani rayonlarda olmusunuz – Füzuli və Beyləqanda. Hər halda məlumatınız var ki, Füzuli rayonunun bir hissəsi erməni işğalı altındadır. Hazırda Siz və qrupunuz bir vaxtlar ermənilər tərəfindən işğal olunmuş və sonradan Azərbaycanın Milli Ordusu tərəfindən işğaldan azad olunan Horadiz şəhərində olmusunuz, ordakı vəziyyəti – insanların yaşam tərzinin, eləcə də aparılan quruculuq – abadlıq işlərinin şahidi oldunuz. Hazırda da Beyləqan rayonundasınız. Və bilirsiniz ki, Beyləqan rayonu da erməni silahlı qüvvələri ilə yaxın təmas xəttində yerləşir. Bu rayonlarda gördükləriniz Sizə necə təəssürrat bağışladı, istər insanlarla münasibətdə olsun, istərsə də görülən işlərlə?
– Biz Türkiyədən qardaş Azərbaycana gəldik. Gəlmə səbəbimiz sənələrlə-cocukluğumuzdan bəri Azəri qardaşlarımızı görmək istəməmizdir. Biz tək millətiz. İki dövlət də deyiliz, biz tək dövlətik. Mən Azərbaycanda Azərbaycan vətəndaşıyam, azərbaycanlıların qardaşıyam. Burda ermənilər tərəfindən işğal olunan torpaqlarla bağlı xəbər gəlincə biz gəlib sərhəddə görmək istədik, burdakı şəhidlərimizi anmaq istədik, həp bərabər sırf onun sevgisilə, özləmi ilə buraya gəldik. Sağ olsun Azərbaycandakı qardaşlarımız, bizi bağrına basdı, bizi çox gözəl qarşıladılar. Biz də buraya qədər gəldik onları görmək üçün, onlarla bərabər yaşamaq üçün.
– Hazırda olduğunuz rayonlarda gördüyünüz quruculuq işləri, rayonun sosial-iqtisadi inkişafı necə, sizi qane etdimi?
– Azərbaycanın bina yapısı, sosial yapısı, genel yapısı çox genişlənmiş, bir motor kulibi olaraq Avropaya da gediyoruz, burası Avropaynan aynı katda olan bir ölkə. Bir türk olaraq bunlardan çox qürür duydum. Biz hər zaman azəri qardaşlarımızın yanındayıq, burnunuz qanasa yetişir gəliriz, bilirik də siz də bizim səsimizə yetişib gəlirsiz.
Müsahiblərimə təşəkkür etdim, yollarının davamı üçün uğurladım. Qəlbim riqqətə gəldi, fərəh hissi ilə doldu. Bəli, Türkiyəli qardaşlarımız həmişə səsimizə hay verib, ünümüzə yetişiblər. Türk şəhidləri Azərbaycan torpağında, bizimkilər Çanaqqalada uyuyur. Və bu qardaşlıq əzəlidir, əbədidir, dünya durduqca duracaq, qarşısında nə “Ohanyan xətti”, nə də başqa heç bir sədd davam gətirməyəcək.
Söhbətləşdi: Ramin Məhəmmədoğlu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin